Şəriət hökmlərini öyrənməyin lazımlığı
Məsələ 12:Hər bir kəs adətən ehtiyac duyduğu məsələləri öyrənməli, ya da ehtiyat yolla tanış olmalıdır.
Məsələ 12:Hər bir kəs adətən ehtiyac duyduğu məsələləri öyrənməli, ya da ehtiyat yolla tanış olmalıdır.
Məsələ 13:Əgər qarşısına çıxan məsələnin hökmünü bilməsə ehtiyata əməl edə bilər. Əməli yerinə yetirmək üçün vaxt varsa, səbr edib müctəhiddən öyrənməlidir. Əgər müctəhiddən öyrənmək imkanı olmasa, daha çox ehtimal olunan yolla getməli, sonradan məsələni öyrənməlidir. Əgər gördüyü iş müctəhidin fətvasına uyğun olarsa, qəbuldur, uyğun olmazsa onu təkrar yerinə yetirməlidir.
Məsələ 14: Əgər bir şəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmişsə, təqlidə başlayanda araşdırma aparmalıdır. Əgər təqliddən öncəki əməlləri hazırkı müctəhidin fətvalarına uyğundursa qəbuldur, uyğun deyilsə onları təkrar yerinə yetirməlidir. Yetərincə araşdırma aparmadan bir müctəhidə təqlid edilən halda da eyni cür addım atılır.
Məsələ 15: Əgər bir şəxs bir müctəhidin fətvasını düzgün nəql etməmişsə, xəbər tutduqdan sonra onu düzgün şəkildə söyləməlidir. Əgər səhvə minbərdə və ya hər hansı söhbətdə yol vermişsə, müxtəlif məclislərdə uyğun məsələni düzgün şəkildə təkrarlamalıdır. Belə edərsə, səhv addım atanlar öz səhvini düzəldər. Amma müctəhidin fətvası dəyişdiyi vaxt bu dəyişikliyi e’lan etmək vacib deyil.
Məsələ 16: Təqlidi dəyişmək, yə’ni bir müctəhidin fətvalarını boşlayıb o birinə üz tutmaq vacib ehtiyata əsasən yol verilməzdir. Amma ikinci müctəhid daha elmli olduqda təqlidi dəyişmək mümkündür. Yetərincə araşdırma aparmadan təqlidi dəyişən şəxs yenidən əvvəlki müctəhidə üz tutmalıdır.
Məsələ 17: Müctəhidin fətvası dəyişərsə, yeni fətvaya əməl etmək lazımdır. Amma öncəki fətvaya əsasən yerinə yetirilən əməllər (ibadətlər, müamilələr) düzgündür və onları təzələmək lazım deyil. Bir müctəhiddən o birinə təqlidə keçən zaman da ötən əməlləri təzələmək lazım deyil.
Məsələ 18: Əgər insan bir müddət təqlid etmişsə və öz təqlidinin düzgün olub-olmadığını bilmirsə, ötən əməllərinə irad yoxdur. Amma hazırkı və gələcək əməllərində düzgün təqlid etməlidir.
Məsələ 19: Əgər iki müctəhidin səviyyəsi eyni olarsa, müəyyən Məsələlərdə birinə, müəyyən Məsələlərdə o birinə təqlid etmək olar.Lakin əgər bir məsələdə birinin fitvasına əməl etmiş olarsa həmin məsələdə digərinin fitvasına əməl edə bilməz.
Məsələ 20: Müctəhid olmayan şəxsə fətva vermək, şəriət məsələləri ilə bağlı fikir bildirmək haramdır. İnsan yetərincə mə’lumatı olmadığı halda şəriət məsələləri ilə bağlı münasibət bildirərsə, onun sözləri əsasında hərəkət edən bütün insanların əmələrinə görə məs’uliyyət daşıyır.
Məsələ 21: Su ya saf (mütləq), ya da qatqılı (müzaf) olur. Qatqılı su odur ki, ona təkcə su deyilməsin. Meyvə şirəsi, sodalı su və gülab bu qəbildəndir. Amma bir su haqqında heç bir qeyd-şərtsiz “su” deyilərsə, belə bir su saf sudur.
Məsələ 22: Saf suyun müxtəlif növləri var və hər növ xüsusi hökmlərə malikdir. Saf su beş qisimdir: “Kürr” su, “qəlil” su, axar su və borularla ötürülən su, yağış suyu, quyu suyu. Bu beş növ su pak və pakedicidir. Qatqılı su isə murdarı paklamır, murdara toxunduqda özü də murdarlanır.
Məsələ 23: Kürr su dedikdə vacib ehtiyata əsasən uzunluğu, eni və dərinliyi üç qarış yarım olan qabı dolduran su nəzərdə tutulur. Kürr suyun çəkisi də müəyyəndir. Bu su üç yüz səksən dörd kq. və ya üç yüz səksən dörd litr olmalıdır. Qarışla ölçü apardıqda orta bir qarış nəzərdə tutulur.