مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 552Hənut etməyin hökmləri

Hənut edilən yeddi yer

Məsələ 552: Qüsül başa çatdıqdan sonra meyyiti “hənut” etmək vacibdir. “Hənut” dedikdə yeddi səcdə yerinə (alın, əllərin içi, dizlər, ayaqların baş barmaqlarının ucu) kafur sürtülməsi nəzərdə tutulur. Vacib ehtiyat budur ki, bu üzvlərin üzərinə bir qədər kafur qoyulsun. Kafur pak, halal və təzə olmalıdır. Belə ki, onun səciyyəvi qoxusu olmalıdır.

مسئله شماره 553Hənut etməyin hökmləri

Hənut sırası

Məsələ 553: Vacib ehtiyat budur ki, kafur əvvəlcə meyyitin alnına sonra digər üzvlərə çəkilsin. Bu işi kəfənləmədən öncə və ya həmin vaxt görmək lazımdır, sonraya saxlamaq olmaz.

مسئله شماره 556Hənut etməyin hökmləri

Ölünü ətirləmək

Məsələ 556: Vacib ehtiyat budur ki, meyyitə müşk, ənbər və bu kimi başqa ətirlər vurulmasın. Həmin ətirlərdən hətta hənut üçün də kafura qatmaq olmaz.

مسئله شماره 558Hənut etməyin hökmləri

Kafura türbət qatmaq

Məsələ 558: Yaxşı olar ki, kafura bir qədər Seyyidüş-şühədanın(ə) türbətindən qatılsın. Amma həmin türbətdən o qədər qatmaq olmaz ki, qatqı kafur adlanmasın.

مسئله شماره 561Cənazə namazı

Cənazə namazının vaxtı

Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.

مسئله شماره 562Cənazə namazı

Cənazə namazı qılanın şərtləri

Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.

مسئله شماره 563Cənazə namazı

Cənazə namazının şərtləri

Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی