مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 400Qüslün şərtləri

Bir dəfəyə bir neçə qüsl

Məsələ 400: Bir neçə vacib və ya həm vacib, həm də müstəhəb qüsl əvəzinə bir qüsl vermək bəs edər. Yə’ni cənabət, heyz, meyyitə toxunma, cümə qüslü niyyəti ilə verilən bir qüsl bütün qüsülləri aradan qaldırır.

مسئله شماره 401Qüslün şərtləri

Qüsl ilə namaz

Məsələ 401: Cənabət və ya başqa bir qüsül, vacib və ya müstəhəb qüsüldən sonra namaz qılmaq olar və dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, cənabət qüslündən başqa qüsüllərdən sonra dəstəmaz alınsın.

مسئله شماره 608Müstəhəb qüsllər

Müstəhəb qüsllərdən bəzisi

Məsələ 608: İslamda müstəhəb qüsüllər çoxdur. O cümlədən:1.Cümə qüslü; bu qüsül ən mühüm və tə’kid olunmuş müstəhəb qüsüllərdəndir. Yaxşı olar ki, imkan həddində bu qüsül tərk olunmasın. Bu qüslü cümə günü sübh azanından həmin gün günortayadək vermək olar. Əgər günortayadək bu qüsül verilməsə ehtiyat budur ki, “əda və qəza” niyyəti etmədən həmin gün əsrədək, günorta və axşam arasınadək bu qüsül yerinə yetirilsin. Əgər cümə günü qüsül verə bilməsə müstəhəbdir ki, şənbə günü sübdən qürub vaxtınadək bu qüslün qəzasını yerinə yetirsin. Bir şəxs cümə günü su tapmayacağından qorxarsa cümə axşamı öncədən niyyətlə bu qüslü verə bilər.2. Mübarək Ramazan ayının gecə qüsülləri; Ramazan ayında ayın 1-dən 21-dək hər gecə qüsül vermək müstəhəbdir. Yaxşı olar ki, bu qüsüllər gün batanda yerinə yetirilsin. Ramazan ayının 21-dən sonunadək həmin qüslü şam və xiftən namazlarının arasında vermək lazımdır. Ehtiyat budur ki, Ramazan ayındakı və sonradan adı çəkiləcək başqa qüsüllər Allahın razılığına ümidlə yerinə yetirilsin.3. Fitir və Qurban bayramları günü qüsül; bu qüsüllərin vaxtı bayram günü sübh azanından qürub vaxtınadəkdir. Yaxşı olar ki, onu bayram namazından öncə yerinə yetirsinlər. 4. Fitir bayramının gecəsinin qüslü; bu qüslün vaxtı qürubdan sübh azanınadəkdir. Yaxşı olar ki, həmin qüsül gecənin əvvəlində verilsin.5. Zil-hiccənin 8-ci və 9-cu gününün qüsülları; bu günlər “tərviyə” və “ərəfə” adlanır.6. Rəcəb ayının 1-ci, orta, 27-ci (məb’əs) və son günlərinin qüslü;7. Zil-hiccənin 18-ci gününün (Qədir bayramı) qüslü;8. Şəbanın 15-ci gününün qüslü (İmam Mehdinin (ə) mövlud günü), rəbiül-əvvəlin 17-ci günün qüslü (Həzrət Peyğəmbərin (s) mövludu) və novruz bayramı gününün qüslü.9. Dünyaya yenicə gəlmiş uşağın qüslü.10. Ərindən qeyrisi üçün ətirlənmiş qadının qüslü və məst halda yatmış şəxsin qüslü;11. Dardan asılana baxmaq üçün getmiş və onu görmüş şəxsin qüslü. Amma bir şəxs təsadüfən belə bir şey görərsə və ya şəhadət üçün orada olması lazım gələrsə qüsül verməsi lazım deyil.12. Tövbə qüslü; bir şəxs günahdan sonra tövbə qılarsa qüsül versin.

مسئله شماره 609Müstəhəb qüsllər

Müqəddəs məkanlara girmək üçün qüsl

Məsələ 609: Müqəddəs məkanlara daxil olarkən savab ümidi ilə qüsül vermək müstəhəbdir. Məkkə və Mədinəyə daxil olarkən qüsül vermək müstəhəb sayılır. Məscidül-Həram və Məscidün-Nəbiyə, eləcə də mə’sum imamların hərəminə daxil olarkən müstəhəb qüsül vermək olar. Əgər həmin müqəddəs yerlərə bir gündə bir neçə dəfə daxil olarsa bir qüsül verməsi bəs edər. Bir şəxs eyni bir gündə Məkkəyə, həm də Məscidül-Hərama daxil olarsa və ya Mədinəyə, həm də Məscidün-Nəbiyə daxil olarsa, bir qüsül verməsi bəs edər. Peyğəmbər (s) və imamları uzaqdan və yaxından ziyarətdə, ibadətdə sövq və Allahın razılığı üçün səfərə gedərkən müstəhəb qüsül vermək olar.

مسئله شماره 610Müstəhəb qüsllər

Bəyənilən qüsllərlə namaz qılmaq

Məsələ 610: İnsan Allahın razılığını əldə etmək ümidi ilə qüsül verib həmin qüsüllə namaz qıla bilməz. O, vacib ehtiyata əsasən dəstəmaz da almalıdır. Amma qəti müstəhəb qüsüllərlə, məsələn cümə qüslü ilə namaz qılmaq olar.

مسئله شماره 611Müstəhəb qüsllər

Bir neçə qüsl boynunda olan insanlar

Məsələ 611: Bir şəxs bir neçə müstəhəb qüsül və ya bir neçə müstəhəb və vacib və yaxud bir neçə vacib qüsül vermək istəyərsə bütün qüsüllərin niyyəti ilə bir qüsül versə bəs edər.

مسئله شماره 508Can verən insan

Can verəni necə qoymaq lazımdır

Məsələ 508: Vacib ehtiyata əsasən, can verən insan arxası üstə uzadılmalıdır və ayaqlarının altı üzü qibləyə olmalıdır. Onun kişi və ya qadın olmasının, böyük və ya kiçik olmasının fərqi yoxdur. Əgər can verən şəxsi bu qaydada uzatmaq mümkün deyilsə, vacib ehtiyata əsasən, imkan həddində həmin göstərişə əməl olunmalıdır. Bu da mümkün olmasa onu üzü qibləyə oturtmaq lazımdır. Bu da mümkün olmasa, onu üzü qibləyə sağ çiyni və ya sol çiyni üzərində uzatmaq lazımdır.

مسئله شماره 511Can verən insana aid müstəhəb əməllər

Can verən zaman dua

Məsələ 511: Müstəhəbdir ki, can verən insana belə bir dua təlqin olunsun: “Əllahumməğfirliəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsirə və yə’fu ənil kəsiri iqbəl minnil-yəsirə və’fu hənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummərhəm fəinnəkə rəhim.” Yaxşı olar ki, bu duanı o özü də təkrarlasın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی