مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2365İkinci qrupun irsi

Varislər bir qardaş və bir bacıdan ibarət olarsa

Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.

مسئله شماره 2366İkinci qrupun irsi

Varislər eyni ana-atadan olan bir neçə qardaş ya da bir bacı olarsa

Məsələ 2366: Ata-anadanbir qardaş və bacı olduqda yalnız atadanbir qardaş və bacıya irs çatmır. Amma ata-anadanbir qardaş və bacı olmadıqda atadanbir bir bacı və ya bir qardaş olarsa, bütün irs ona çatar. Əgər atadanbir qardaş və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər atadanbir qardaşla yanaşı atadanbir bacı da varsa, qardaş bacıya münasibətdə iki pay götürür.

مسئله شماره 2367İkinci qrupun irsi

Varis eyni anadan bir bacı ya da bir qardaş olarsa

Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaş olsa, ata tərəfdən meyitdən ayrı olan bu adamlar bütün mala sahib olur. Əgər anadanbir bir neçə qardaş və ya bir neçə bacı varsa, ya bir neçə qardaş və bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.

مسئله شماره 2368İkinci qrupun irsi

Eyni ata və anadan olan qardaş və bacı eyni atadan olan qardaş və bacıya irs çatmasına maneədir

Məsələ 2368: Əgər varis ata-anadanbir qardaş və bacı, atadanbir qardaş və bacı, anadanbir bir qardaş və bir bacı olarsa, atadanbir qardaş və bacıya irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaş və ya bacıya, qalan hissə ata-anadanbir qardaş və bacıya verilir. Qardaşlar bacıya münasibətdə iki pay götürür. Amma anadanbir qardaş və ya bacı birdən artıq olarsa, mal üç hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünür, iki pay ata-anadanbir qardaş və bacıya verilir. Hər qardaş iki, bacı isə bir pay götürür.

مسئله شماره 2371İkinci qrupun irsi

Varis ölünün qardaşı, bacısı və həyat yoldaşı olarsa

Məsələ 2371: Əgər varis təkcə qardaş, bacı və zövcə olarsa, zövcə qarşıda ətraflı şəkildə bəyan olunacaq məsələ əsasında irs alar. Bacı və qardaş ötən məsələlərdə deyildiyi kimi irs götürər. Amma zövcə və ər irs götürdüyü üçün anadanbir qardaş və bacının payı azalmaz. Amma ata-anadanbir və atadanbir qardaş və bacının payı azalar. Məsələn, əgər varis ər, qardaş, anadanbir bacı, ata-anadanbir qardaş və bacı olarsa, malın yarısı ərə çatar, bütün malın üçdə biri anadanbir qardaş və bacıya verilər, qalan hissə ata-anadanbir qardaş və bacının payıdır. Məsələn, əgər bütün mal 6 min manat məbləğ olarsa, 3 min manatı ərə, 2 min manat anadanbir qardaş və bacıya, min manat ata-anadanbir qardaş və bacıya verilər.

مسئله شماره 2372İkinci qrupun irsi

Ölünün bacı və qardaşı olmazsa

Məsələ 2372: Meyitin bacı və qardaşı olmasa, onların payı övladlarına verilər. Anadanbir qardaş və bacının övladlarının payı onlar arasında bərabər bölünür. Atadanbir və ya ata-anadanbir qardaş və bacı övladlarının payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və ya ata-anadanbir qardaş övladları eyni bir qardaşdan olarsa, ehtiyat vzcib budur ki, oğul və qız arasında pay bölgüsü razılaşdırılsın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی