Otlağı almaq və yaxud icarə etmək
Məsələ 1627: Əgər bu heyvanlar üçün kimsənin əkmədiyi bir ot sahəsi alsa, icarə etsə və yaxud orada (heyvanları) otarması üçün xərcə düşsə, gərək zəkat versin. Əlbəttə xərclədiyi miqdari ondan çıxacaqdir.
Məsələ 1627: Əgər bu heyvanlar üçün kimsənin əkmədiyi bir ot sahəsi alsa, icarə etsə və yaxud orada (heyvanları) otarması üçün xərcə düşsə, gərək zəkat versin. Əlbəttə xərclədiyi miqdari ondan çıxacaqdir.
Məsələ 1628: Qoyunun 5 nisab həddi var:1. 40 qoyunun zəkatı 1 qoyundur və ondan azın zəkatı yoxdur.2. 121 qoyunun zəkatı 2 qoyundur.3. 201 qoyunun zəkatı 3 qoyundur.4. 301 qoyunun zəkatı 4 qoyundur.5. 400 və daha çox qoyunun hər 100 baş (qoyunu) üçün bir baş qoyun verməlidir və 100 başdan az olan (qoyunların) zəkatı yoxdur. İki nisab həddi arasında da zəkat yoxdur, məsələn, əgər 40 (baş) qoyun ikinci nisab həddi olan (121) (baş) qoyuna çatmayıbsa yalnız 1 (baş) qoyun verər. Sonrakı nisab hədləri də bu qayda ilədir.
Məsələ 1629: Zəkatı qoyunların özündən vermək icbari deyil, əgər ayrı qoyundan da versə caizdir. Habelə, qoyun, inək və dəvənin yerinə onların pulunu da verə bilər. Əgər müstəhəqqə heyvanın özünün verilməsi faydalı olarsa, vacib ehtiyata əsasən, bu halda onun özünü verməlidir.
Məsələ 1630: İnəyin iki nisab həddi var:1. 30 başdır, yəni, inəklərin sayı 30-a çatan zaman əvvəldə qeyd edilən şərtlərə malik olduğu halda, ən azı iki illik bir dişi və yaxud erkək buzov zəkat verməlidir.2. 40 başdır, onun zəkatı ən azı 3 illik dişi buzovdur. 30-la 40 arasında olanların zəkatı yoxdur. Məsələn, bir kəsin 35 inəyi olsa, yalnız 30 inəyin zəkatını verməlidir. Həmçinin əgər 40 inəkdən artıq inəyi olsa, 60-a çatmayınca, yalnız 40 inəyin zəkatını verməlidir. Hər vaxt (inəklərin sayı) 60-a çatsa, ən azı ikinci ilə daxil olmuş 2 buzov verməlidir. Beləcə, (inəklərin sayı artdıqca) 30-30, 40-40 və əgər mümkündürsə 30-40-la hesablayıb, yuxarıda qeyd edilən göstərişə uyğun əməl etməlidir. Lakin, elə hesablamalıdır ki, bir şey artıq qalmasın. Yaxud, əgər (artıq) qalırsa 9 (başdan) çox olmasın. Məsələn, bir nəfərin 70 baş inəyi varsa, gərək 30-40 hesabı ilə hesablayıb hər birinin zəkatını yuxarıda qeyd edilən göstərişə uyğun versin. Əgər bir nəfərin 80 baş qoyunu varsa, 40-40 hesabı ilə hesablamalıdır.
Məsələ 1631: Dəvənin 12 nisabı var:1. 5 dəvənin zəkatı 1 qoyundur. Bundan az miqdarın zəkatı yoxdur.2. 10 dəvənin zəkatı 2 qoyundur.3. 15 dəvənin zəkatı 3 qoyundur.4. 20 dəvənin zəkatı 4 qoyundur.5. 25 dəvənin zəkatı 5 qoyundur.6. 26 dəvənin zəkatı 2 illik 1 dəvədir.7. 36 dəvənin zəkatı 3 illik 1 dəvədir.8. 46 dəvənin zəkatı 4 illik 1 dəvədir.9. 61 dəvənin zəkatı 5 illik 1 dəvədir.10. 76 dəvənin zəkatı 3 illik 2 dəvədir.11. 91 dəvənin zəkatı 4 illik 2 dəvədir.12. 121 və ondan yuxarı (olan) dəvələri 40-40 hesab edib və 40 (baş) dəvə üçün 3 illik 1 dəvə verməlidir. Yaxud 50-50 hesablayıb, hər 50 dəvə üçün 4 illik 1 dəvə verməlidir Yaxud 40-50 hesab etməlidir. Lakin, burda da elə hesablamalıdır ki, bir şey artıq qalmasın, qalsa da 9-dan çox olmasın. Zəkatı mütləq dişi dəvədən olmalıdır.
Məsələ 1632: İki nisab arasında olan say üçün zəkat vacib deyil. Yəni, əgər dəvələrin sayı birinci nisab həddi olan 5-dən keçib ikinci nisab həddi olan 10-a çatmasa, yalnız 5 dəvənin zəkatını verər. Başqa nisab hədləri də bu qayda ilədir.
Məsələ 1633: Dişi və ya erkək və ya bəzilərinin dişi və bəzilərinin də erkək olmasından asılı olmayaraq hər vaxt qoyun, inək, dəvə nisab həddinə çatsa zəkatı vacibdir.
Məsələ 1634: Keçi, qoyun və quzunun zəkatda bir-birləri ilə fərqi yoxdur. Habelə, müxtəlif dəvə, inək və camış növləri də eyni cinsdən hesab olunur.
Məsələ 1635: Vacib ehtiyata əsasən, zəkat üçün verilən qoyunun ən azı bir ili, keçinin isə iki ili tamam olmalıdır.
Məsələ 1636: Zəkat verdiyi qoyunun qiyməti digər qoyunlarının qiymətindən az olarsa, eybi yoxdur. Lakin, müstəhəbdir ki, qiyməti çox olan qoyunu versin. Yaxud da ən azı orta həddə olmalıdır. İnək və dəvə də eyni hökmə aiddir.
Məsələ 1637: Bir-birləri ilə şərik olanların payı nisab həddinə çatsa, gərək zəkat versin.
Məsələ 1638: Əgər bir nəfərin bir neçə yerdə qoyun, inək və dəvəsi varsa, üst-üstə toplanıldıqda nisab həddinə çatsa gərək zəkatını versin. Xəstə, nöqsanlı qoyun, inək və dəvələrin də zəkatları vacibdir.