Dörd aylıq düşmüş uşaq dünyaya ölü gələrsə
Məsələ 500: Əgər dörd aylıq və ya dörd aylıqdan böyük uşaq dünyaya ölü gələrsə, onun anası vacib ehtiyata əsasən, meyyitə toxunmaq qüslü verməlidir.
Məsələ 500: Əgər dörd aylıq və ya dörd aylıqdan böyük uşaq dünyaya ölü gələrsə, onun anası vacib ehtiyata əsasən, meyyitə toxunmaq qüslü verməlidir.
Məsələ 501: Əgər körpə anası öldükdən sonra dünyaya gələrsə, vacib ehtiyata əsasən, büluğ həddinə çatdıqdan sonra meyyitə toxunmaq qüslü verməlidir.
Məsələ 502: Büluğ həddinə çatmamış və ya divanə şəxs meyyitə toxunsa büluğ həddinə çatdıqda və ya ağıla gəldikdən sonra meyyitə toxunma qüslü verməsi vacibdir. (Müməyyiz) yə’ni yaxşını pisdən seçə bilən uşaq qüsül versə onun qüslü düzgündür.
Məsələ 503: Əgər diri insanın və ya ölünün bədənindən üzərində sümük olan ət parçası qoparsa (Məsələn, bir əl və ya bir barmaq) ona qüsül verilməmiş toxunanlar meyyitə toxunma qüslü verməlidir. Amma həmin ətin üzərində sümük olmasa, qüsül vacib deyil. Amma ölüdən və ya diridən ayrılmış təkcə sümüyə və ya dişə toxunduqda qüsül vacib deyil.
Məsələ 504: Meyyitə toxunma qüslü cənabət qüslü kimi verilir. Bu qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz alınsın.
Məsələ 505: İnsan bir neçə meyyitə toxunsa və ya bir meyyitə bir neçə dəfə toxunsa, bir qüsül verməsi bəs edər.
Məsələ 506: Meyyitə toxunma qüslü verməli olan şəxs məscidə gedə bilər, vacib səcdəsi olan Qur’an surəsi oxuya bilər, zövcəsi ilə yaxınlıq edə bilər. Amma namaz və bu kimi ibadətlər üçün qüsül verməlidir. Yə’ni meyyitə toxunma qüslü verməli olan insan dəstəmazsız insan kimidir.
Məsələ 524: Müsəlman meyyitə üç qüsül vermək vacibdir: Sidr qatılmış su ilə, kafur qatılmış su ilə, saf su ilə. Amma şəhid və bir qisim başqaları üçün qüsül yoxdur və bu barədə sonradan danışılacaq.
Məsələ 525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.
Məsələ 526: Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.
Məsələ 527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.
Məsələ 528: Meyyitə qüsül verən şəxs müsəlman, büluğ həddində və ağıllı olmalıdır. Həmin şəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb ehtiyat budur ki, həmin şəxs on iki imamçı şiə olsun.