Namazda gülmək
Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.

Məsələ 885: Namazda bir qədər irəli getmək və ya geri çəkilmək istədikdə eləcə də, sağa və ya sola hərəkət etmək lazım gəldikdə, bir şey deməməlidir. Amma “Bi həvlillahi və quvvətihi əqumu və əqud” zikri ayağa qalxarkən deyilməlidir.
Məsələ 786: Üçüncü üzürlü hal: Namaz qılan şəxsin ayıb yeri örtməyə bəs etməyəcək həddə xırda geyimləri (Məsələn, araqçın, corab) murdarlanarsa, onlarla namaz qılmaq olar. Murdarlanmış üzük və eynək də bu qəbildəndir.
Məsələ 1040: Namaz qılan şəxsin xüzu-xüşusunu (namazda qəlb və bədən təvazösünü) pozan istənilən bir iş məkruhdur (bəyənilmir). Sola-sağa baxmaq, (əlbəttə üz xeyli çevrilsə namaza tə’siri var), saç-saqqalla oynamaq, barmaqları oynatmaq, tüpürmək, üzüyün yazısına baxmaq, həmd-surə və zikr söyləyən vaxt başqasının sözünü eşitmək üçün sakit dayanmaq məkruhdur, bəyənilmir. Eləcə də, yuxulu halda namaz qılmaq, ayaqyoluna getmək zərurəti yaranan vaxt namaz qılmaq, dar paltarda namaz qılmaq bəyənilmir.
Məsələ 1046: Namazda iyirmi üç qisim şəkk var:1.Səkkiz şəkk namazı batil edir;2. Altı şəkkə əhəmiyyət verilməməlidir.3. Doqquz şəkk düzgün sayılır və bu şəkləri aradan qaldırmaq üçün növbəti məsələlərdə göstərişlər verilir.
Məsələ 926: Yaxşı olar ki, namazların birinci rəkətində Həmddən sonra “Qədr” surəsi, ikinci rəkətində Həmddən sonra “İxlas” surəsi oxunsun. Yaxşı olar ki, Həmddən sonra heç bir surə hər iki rəkətdə təkrarlanmasın. Yalnız “İxlas” surəsi təkrarlana bilər. Ixlas surəsini gündəlik namazlarda tərk etmək yaxşı deyil. Yaxşı olar ki, namaz cüçün insanların diqqətini ehtiyac duyduqları problemlərə yönəldən, onları günahdan çəkindirən surələr seçilsin.
Məsələ 811: Namazda qadın kişidən arxada dayanmalıdır. Qadının səcdə yeri kişinin səcdə yerindən bir qədər arxada olmalıdır. Əks təqdirdə namaz batildir. Bu hökmdə məhrəm və naməhrəmlər arasında fərq qoyulmur. Amma əgər qadın və kişi arasında divar və ya pərdə olarsa, eləcə də onlar arasındakı məsafə təqribən beş metrə çatarsa, bunun eybi yoxdur.Bu hökmün icra olunması çətin olan yerlərdə riayət olunması lazım deyildir.

Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başını və tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat vacib budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.
Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.
Məsələ 1035: Əgər namaz gedişində namaz qılan şəxs o qədər sussa ki, namazın forması pozulsun, namaz batildir. Amma namaz gedişində susan şəxs namazı pozacaq həddə susub-susmadığına şəkk etsə, namazı düzgündür. Eləcə də, bir işin namazın formasını pozmasına şübhə yarandıqda namaz düzgündür.
Məsələ 992: Namaz qılan şəxs namazın əməllərini yuxarıda deyilən Məsələlər əsasında ardıcıl yerinə yetirməlidir. Əgər bilərəkdən bu ardıcıllığı pozsa, məsələn, səcdələri rükudan qabaq, təşəhhüdü səcdələrdən qabaq yerinə yetirsə, namazı batildir. Bu ardıcıllıq yaddan çıxdığı üçün pozularsa, növbəti rüknə daxil olmamış həmin əməlləri yenidən yerinə yetirməklə ardıcıllığı qorumaq lazımdır. Əgər sonrakı rüknə daxil olmuşsa, namazı düzgündür. Bir şərtlə ki, rükn unudulmasın. Məsələn, rükunu unudub ikinci səcdəyə getsə, namazı batildir.