Hüseyniyyəyə vəqf olunmuş əmlakı Məscid üçün və əksinə istifadə etmək
Məsələ 2319: Hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə namaz üçün istifadə etmək olmaz. Xalçanın Hüseyniyyəyə aid olub-olmaması bilinməsə də, onu başqa yerə aparmaq düzgün deyil. Vəqf olunmuş digər mallar da belədir. Hətta bir məscidin möhürünü o birinə aparmaq olmaz.