Namaz vaxtında heyiz olan qadına müstəhəb olan əməllər
Məsələ 456: Müstəhəbdir ki, heyiz olmuş qadın namaz vaxtı özünü qandan paklayıb pambıq və ya parçanı dəyişsin və dəstəmaz alsın. Əgər bu işləri görə bilməzsə təyəmmüm etsin. Bundan sonra namaz yerində üzü qibləyə əyləşib zikr və duaya məşğul olsun. Amma Qur’an oxuması, özü ilə Qur’an gəzdirməsi, Qur’anın haşiyələrinə toxunması, həna qoyması yaxşı deyil.(kərahəti vardır)