Əhd olunmuş əməlin şəriən baxımından bəyənilmiş olması
Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.