مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2401Ər-arvadın iris

Mərhumun birdən artıq arvadı varsa

Məsələ 2401: Əgər meyitin birdən artıq zövcəsi olsa, övladı olmadıqda malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən şəkildə qadınlar arasında bərabər bölünür. Ərin onlarla yaxınlıqda olub-olmamasının fərqi yoxdur. Amma ölümcül xəstəlikdə ikən bir qadınla evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür.

مسئله شماره 2404Ər-arvadın iris

Əgər ər xəstəlik halında arvadını boşasa və bir ildən tez vəfat etsə

Məsələ 2404: Əgər ər xəstəlik halında zövcəsini boşasa və bir ildən sonra (qəməri il) dünyasını dəyişsə, qadın üç şərtlə irs götürür: ər həmin xəstəliklə dünyasını dəyişsin; qadın təlaq və iddədən sonra ərə getməmiş olsun; qadının boşanmaya razılığı olmasın. (Əgər razılığı olmuşsa, onun irs götürməsi müşküldür.)

مسئله شماره 2353İrs

İrs çatan təbəqə olmasa

Məsələ 2353: Əgər meyitin öz əmisi, bibisi, dayısı və xalası, eləcə də onların övladları olmazsa, növbə meyitin ata-anasının əmisi, bibisi, dayısı və xalasına çatır. Onlar olmadıqda irs övladlarına verilər; övladlar da olmasa baba və nənənin əmisi, bibisi, dayısı və xalasına irs çatır; onlar da olmadıqda irs övladlarına verilir.

مسئله شماره 2406İrsə aid müxtəlif məsələlər

Böyük oğula məxsus əşyalar

Məsələ 2406: Kişi dünyasını dəyişdikdə onun Qur’anı, üzüyü, qılıncı, libası (geydiyi və ya geymək üçün hazır saxladığı libas) böyük oğulun malıdır. Əgər meyit sadalanan şeylərdən ikisinə malik olmuşsa (məsələn, iki üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır.

مسئله شماره 2407İrsə aid müxtəlif məsələlər

Ölünün borcu olan hallar

Məsələ 2407: Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd şey böyük oğula verilmir, satılıb borcların ödənməsinə xərclənilir. Amma mal borcdan çox olarsa və borcu ödədikdən sonra vərəsələr üçün kifayət qədər mal qalarsa, həmin dörd şey böyük oğula çatır.

مسئله شماره 2409İrsə aid müxtəlif məsələlər

Bilərəkdən və ya səhvən qətl hallarında qatilə məqtuldan çatan irs

Məsələ 2409: Bir şəxs öz yaxın qohumlarından birini bilərəkdən və ya bilmədən öldürsə, ondan irs payı almır. Amma bilmədən öldürərsə, irs götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin şəxsə dəyib öldürərsə, meyitdən irs payı çatır. Bu halda ehtiyata əsasən qətlin diyəsindən həmin şəxsə pay düşmür.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی