Kəsirə istihazəsinin qəliləyə çevrilməsi
Məsələ 421: Qadının kəsirə istihazəsi qəliləyə çevrilsə, birinci namaz üçün qüsl verməli, sonrakı namazlar üçün dəstəmaz almalıdır.
Məsələ 421: Qadının kəsirə istihazəsi qəliləyə çevrilsə, birinci namaz üçün qüsl verməli, sonrakı namazlar üçün dəstəmaz almalıdır.
Məsələ 422: Kəsirə istihazə halında olan qadın gün uzunu qüsüllərini yerinə yetirsə, təvaf, qəza namazı, ayat namazı, gecə namazı kimi əməllər üçün başqa bir qüsl verməsi vacib deyil, təkcə dəstəmaz almalıdır.
Məsələ 423: Müstəhazə qadın qəza namazı qıla bilər. Amma vacib ehtiyata əsasən, hər namaz üçün bir dəstəmaz almalıdır. Günün nafilə (müstəhəb) namazlarını qılmaq üçün vacib namaz üçün alınmış dəstəmaz bəs edər. Bütün gecə namazları üçün bir dəstəmaz kifayat edir. Bir şərtlə ki, bu namazlar ardıcıl yerinə yetirilsin.
Məsələ 424: Qadından xaric olan qanda heyiz və nifas şərtləri ödənmirsə, bu qan bəkarət, yara, cərrahi əməliyyat qanı deyilsə, istihazə qanıdır.
Məsələ 425: Qadın şəkk edərsə ki, gördüyü qan yara qanıdır, yoxsa yox, zahirən sağlamdırsa, bu qanı istihazə qanı hesab etməlidir. Amma sağlamlığı şübhəlidirsə, qan istihazə qanı sayılmır.
Məsələ 426: Çox vaxt (aybaşı) adlanan heyiz elə bir qana deyilir ki, adətən, hər ay bir neçə gün bətndən xaric olur, nütfə formalaşdıqda bətndəki körpənin qidası olur. Heyz qanı görən qadına “haiz” deyirlər. Müqəddəs İslam şəriətində heyz qadının hökmləri var və bu barədə növbəti məsələlərdə danışılacaq.
Məsələ 427: Heyiz qanının nişanələri var. Bu qan çox vaxt qatı, isti, qaramtıl və ya qırmızıdır. Bu qan təzyiqlə xaric olur və yandırıcıdır.
Məsələ 428: Seyyidə və qeyri-seyyidə qadınlar qəməri təqvimlə 50 yaşı tamam olduqdan sonra aybaşıdan kəsilir və “yaisə” olurlar. Həmin yaşda özlərində qan görərlərsə, bu heyiz qanı sayılmır. Amma həmin qanda heyizin bütün əlamətləri olarsa, heyiz qadının hökmlərinə əməl etməlidirlər. Hicri qəməri tarixi ilə 50 il təqribən 543 gün və 18 saat, yəni 18 ay və3 gün şəmsi (və miladi)-nin 50 ilindən azdir.Bu əsasa görə yaisəlik yaşı şəmsi(və miladi)ili ilə təqribən 48 il 6 aydır.
Məsələ 429: Qızın doqquz yaşdan öncə və qadının yaisə olduqdan sonra gördüyü qan heyiz hökmündə deyil. Əgər bu qan yara və ya zədələnmə qanı deyilsə, istihazə qanıdır.
Məsələ 430: Hamilə qadınlar və ya körpəsinə süd verən qadınlar heyiz ola bilər.
Məsələ 431: Doqquz yaşının tamam olub-olmadığını bilməyən qız özündə qan görərsə və həmin qanda heyiz nişanələri olmazsa, bu qan heyiz qanı sayılmır. Əgər həmin qanda heyiz nişanələri olarsa və qız heyiz olduğuna əmin olarsa, demək, doqquz yaşı tamam olmuşdur və büluğ həddinə çatmışdır. Amma yaisə olub-olmadığına şübhə edən qadın özündə qan görüb bu qanın heyiz qanı olub-olmadığını bilməzsə, bunu heyiz qanı qəbul etməli və hələ ki, yaisə olmadığını bilməlidir.