Şərab içmək
Məsələ 2264: Şərab içmək haram və böyük günahlardan biridir və bə’zi rəvayətlərdə ən böyük günahlardan sayılmışdır. Onu halal bilən şəxs şərabı halal bilməyin Allahı, Peyğəmbəri (s) danmaq olduğunu bilsə, kafirdir. İmam Sadiqdən (ə) belə nəql edilib: “Şərab pisliklərin kökü, günahların mənşəyidir; şərab içən şəxs ağlını itirir və o halda Allahı tanımır və heç bir günahdan qorxusu olmur, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının hüquqlarına riayət etmir, aşkar pisliklərdən üz döndərmir; iman və allahşünaslıq ruhu ondan xaric olur və Allahın rəhmətindən uzaq olan bir ruh bədənində qalır; Allah, mələklər, peyğəmbərlər, mö’minlər ona lə’nət edir, qırx günə qədər namazı qəbul olmur və Qiyamət günü üzü qara olar!”