İnadkar heyvanı şərtlərini gözləməklə nəhr etmək
Məsələ 2229: Əgər heyvan inadkar olsa və onu şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi ehtimal edilsə və şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, bıçaq kimi kəsici bir şeylə bədənini yaralasalr və həmin yaralanma nəticəsində can versə halaldır və üzü qibləyə olması lazım deyil. Lakin, heyvanların başının kəsilməsi haqqında deyilən sair şərtlərə malik olmalıdır.