مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2185 Qəsb hökmləri

Qəsbi malda onun qiymətinin artımına səbəb olan dəyişiklik

Məsələ 2185: Əgər qəsb etdiyi malda dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa, məsələn qəsb edilmiş qızıldan sırğa və boyunbağı düzəltsə, əgər mal sahibi, onu mənə həmin formada ver, desə, verməlidir və zəhmətinə görə muzd ala bilməz və hətta malikin icazəsi olmadan onu əvvəlki formasına qaytara bilməz. Əgər onun icazəsi olmadan qızılı əvvəlki formasına qaytarsa, vacib ehtiyata əsasən, qiymət fərqini verməlidir.

مسئله شماره 2186 Qəsb hökmləri

Əgər mal sahibi desə ki, malımı götürdüyün formada mənə qaytar

Məsələ 2186: Əgər qasib bir malda bə’zi dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa lakin, mal sahibi xüsusi bir məqsədlə, onu əvvəlki formasına salmasını istəsə, bu işi görmək vacibdir. Əgər onda bir eyib yaranmaqla qiyməti əvvəlkindən azalarsa, onun qiymət fərqini sahibinə verməlidir.

مسئله شماره 2187 Qəsb hökmləri

Qəsbi yerdə əkinçilik və bağbanlıq

Məsələ 2187: Əgər qəsb edilmiş bir torpaqda əkinçilik etsə, yaxud ağac əksə, əkin, ağac və onun meyvələri qasib şəxsindir, lakin qəsb etdiyi torpağın, əkinin və ağacın onda olduğu müddətinin icarə haqqını sahibinə verməlidir. Habelə, iş əsnasında torpaq sahibi o torpaqda əkin və ağacın qalmasına razı olmasa, ona zərər dəyəcəyindən asılı olmayaraq, qasib tez onları yerdən çıxarmalıdır və əgər yerdə bir qüsur tapılsa, qiymət fərqini verməlidir. Qasib torpaq sahibini torpağı ona satmağa, icarə verməyə məcbur edə bilməz və həmçinin, torpaq sahibi qasibi əkin və yaxud ağacı ona satmağa məcbur edə bilməz.

مسئله شماره 2188 Qəsb hökmləri

Qəsbi malın tələf olması

Məsələ 2188: Əgər qəsb etdiyi mal aradan getsə və o şey az tapılan olsa, məsələn, bə’zi heyvanlar və ya əldə toxunulan xalçalar kimi olsa onun qiymətini verməlidir. Əgər onun qiyməti dəyişibsə, tələf etdiyi günə uyğun olaraq qiymətini verməlidir. Əgər buğda, arpa, fabrik xalçası və parçası və zavodda düzəldilən qablardan olsa və adətən onların oxşarı çoxdursa, qəsb etdiyi şeyin oxşarını verməlidir. Veriləcək mal tələf olan malın xüsusiyyətlərinə malik olmalıdır.

مسئله شماره 2189 Qəsb hökmləri

Qəsbi heyvan ölərsə

Məsələ 2189: Əgər qoyun kimi bir heyvan qəsb edildikdən sonra aradan getsə, belə ki, onun yanında olduğu vaxtda kökəldikdən sonra aradan gedibsə, onun kökəlmə vasitəsi ilə qiymət artımını da verməlidir.

مسئله شماره 2190 Qəsb hökmləri

Qəsbi malı qəsb etmək

Məsələ 2190: Əgər qəsb olunan malı başqa bir qasib birinci qasibdən alsa və o mal aradan getsə, ehtiyata əsasən, mal sahibi malın əvəzinin verməsini hər ikisindən tələb etməlidir.

مسئله شماره 2191 Qəsb hökmləri

Batil müamilədə əvəzə və müəvvəzdən istifadə etmək

Məsələ 2191: Əgər bir batil müamilə baş tutsa, məsələn, çəki ilə alınıb-satılmalı olan bir malı çəkisiz müamilə etsələr, nə alıcı malın və nə də satıcı qiymətin sahibi olmur. Lakin, hər ikisi müamiləni nəzərə almadan, bir-birlərinin malında təsərrüf etməyə razı olsalar, eybi yoxdur, əks təqdirdə, həmin mal qəsb edilmiş mal kimidir, onu qaytarmalıdırlar. Əgər birinin malı digərinin əlində tələf olsa, müamilənin batil olub-olmamasını bilib-bilməmədiklərindən asılı olmayaraq, onun əvəzini verməlidirlər.

مسئله شماره 2193İtmiş mallar (luqətə)

Əlaməti olmayan itmiş mal

Məsələ 2193: İnsan sahibini tanımaq üçün heç bir əlaməti olmayan bir itirilmiş malı tapsa(100 tuman əskinas kimi),vacib ehtiyata əsasən, onu sahibi tərəfindən sədəqə verməlidir. Əgər özü sədəqə almağa müstəhəqdirsə, götürə bilər, əgər əhəmiyyətli maldırsa, vacib ehtiyata əsasən, şəriət hakimindən icazə almalıdır.

مسئله شماره 2194İtmiş mallar (luqətə)

Əlaməti olan itmiş mal

Məsələ 2194: Əgər tapdığı malın bir əlaməti varsa və qiyməti bir dirhəmdən (bir dirhəm 12/6 noxud gümüş sikkəyə bərabərdir) azdırsa, sahibi mə’lum olduqda onun razılığı olmadan dirhəmi götürə bilməz; sahibi mə’lum olmasa götürüb yiyələnə və ondan istifadə edə bilər və tələf olduğu halda əvəzini verməsi lazım deyil. Belə ki, yiyələnmə qəsdi olmadığı halda, onun təqsiri olmadan tələf olsa, əvəzini vermək lazım deyil.

مسئله شماره 2196İtmiş mallar (luqətə)

İtmiş malı bir ilə qədər elan etmək

Məsələ 2196: Tapdığı malın əlaməti varsa və qiyməti bir dirhəm və yaxud ondan çoxdursa, onu bir il ərzində e’lan etməlidir (belə ki, tapdığı gündən bir həftə hər gün, ilin sonuna qədər isə həftədə bir dəfə cəmiyyət arasında e’lan etsə kafidir). O malın müsəlmana və yaxud müsəlmanların amanında yaşayan kafirə aid olmasından asılı olmayaraq, e’lan etmək vacibdir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی