مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1442Səfərdə olan insanın orucunun hökmləri

İnsana qeyri-ramazan orucu vacib olan gündə səfərə çıxması

Məsələ 1442: Əgər ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa (məsələn, şaban ayının 15-də oruc tutmağı nəzir edib), vacib ehtiyata görə, həmin gündə səfərə getməməlidir. Əgər səfərdədirsə, imkan varsa bir yerdə 10 gün qalmasını qəsd edib, həmin günü oruc tutmalıdır.

مسئله شماره 1443Səfərdə olan insanın orucunun hökmləri

Səfərdə oruc tutmağın hökmü

Məsələ 1443: Oruc tutmağı nəzir edib onun gününü müəyyən etməyən şəxs onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzir etsə və yaxud səfərdə olub-olmamasından asılı olmayaraq, müəyyən bir günü oruc tutmağı nəzir etsə, belə bir nəzir iradlıdır.

مسئله شماره 1447Səfərdə olan insanın orucunun hökmləri

Zöhrdən qabaq və sonra səfər

Məsələ 1447: Oruc tutan şəxs zöhrdən sonra səfərə getdiyi halda orucunu axıra qədər tutmalıdır. Zöhrdən qabaq səfər etdikdə isə orucu batildir. Lakin, tərəxxüs həddinə çatmamışdan qabaq iftar edə bilməz. Əgər o həddə çatmamışdan qabaq iftar etsə, ona kəffarə vacibdir (tərəxxüsdən məqsəd, azan səsinin eşidilmədiyi və camaatın nəzərində, şəhərin gözdən itdiyi yerdir).

مسئله شماره 1448Səfərdə olan insanın orucunun hökmləri

Zöhrdən qabaq və sonra vətənə qayıtmaq

Məsələ 1448: Əgər müsafir zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işləri yerinə yetirməyibsə, oruc tutmalıdır. Əgər (orucu batil edən işlərdən) görübsə, sonradan qəzasını tutmalıdır. Müstəhəbdir ki, bu şəxs günün qalmış hissəsində özünü orucu batil edən şeylərdən saxlasın. Lakin, zöhrdən sonra vətənə daxil olsa, oruc tuta bilməz.

مسئله شماره 1450Oruc vacib olmayan insanlar

Oruc tutmağa çətinlik çəkən qoca insanlar

Məsələ 1450: Oruc tutmaq onlar üçün çətin olan qoca kişi və qadın oruc tutmaya bilərlər. Lakin, hər gün üçün bir müdd (750 qm) buğda, arpa və s. fəqirə verməlidirlər. Çox yaxşıdır ki, buğda və arpanın yerinə çörək versinlər. (Çörək) verdikləri halda, vacib ehtiyata əsasən, onun çəkisi 750 qm xalis buğda qədər olmalıdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی