مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1965Rəhn

Rəhnin siğəsi

Məsələ 1965: Rəhni şifahi siğə ilə oxumaq olar. Məsələn, “bu malı o borc müqabilində sənin yanında qoyuram” desin və o da (rəhn yanında qoyulan)“qəbul etdim” desin və yaxud əməli olaraq yerinə yetirsinlər. Yə’ni, borclu şəxs öz malını girov qəsdi ilə borc sahibinə versin və o da həmin məqsədlə qəbul etsin.

مسئله شماره 1967Rəhn malının şərtləri

Şəriət baxımından ondan istifadə etməyə qadir olmalıdır

Məsələ 1967: İnsan şəriət baxımından istifadə edə bildiyi bir malı rəhn qoya bilər və əgər başqasının malını rəhn qoysa, düzgün deyil. Əgər mal sahibi icazə versə istisnadır. Əgər mal sahibi borc sahibinə “mən bu malı filan şxəsin borcu müqabilində rəhn qoyuram” desə və o da qəbul etsə, düzgündür.

مسئله شماره 1970Rəhn malının şərtləri

Qəbz verilməli və alınmalıdır

Məsələ 1970: Vacib ehtiyata əsasən, girov borc sahibinə təhvil verilmədən baş tutmur. Lakin, girov qoymaq belə olsa, məsələn, evi qanuni sənədləşmə əsasında girov qoysalar və lazım olduğu vaxtda onu satmaqla öz borcunu götürə bilməsi üçün sənədi borc sahibinə versələr, borclu şəxsin o evdə yaşamasına baxmayaraq, maneəsi yoxdur.

مسئله شماره 1971Rəhn malının şərtləri

Rəhn malından istifadə hökmü

Məsələ 1971: Girov qoymağın əksi olan hər bir istifadə caiz deyil. Bu baxımdan borc sahibi və borclu şəxs girov qoyulan malı digərinin icazəsi olmadan, başqasının mülkü edə bilməz; məsələn, onu bağışlaya və yaxud sata bilməz. Lakin, onlardan biri onu bağışlasa və yaxud satsa və sonra ayrısı icazə versə eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, başqasının icazəsi olmadan (onlardan) heç biri rəhnə xələl gətirməsə də belə, başqa istifadələr etməməlidir.

مسئله شماره 1973Rəhn malının şərtləri

Borc sahibi nə vaxt rəhn malını sata bilər

Məsələ 1973: Əgər borclu şəxs təyin edilmiş vaxtda və borc sahibi borcunu tələb etdikdə borcunu verməsə, borc sahibi girov götürdüyü malı satıb öz borcunu götürüb, qalanını borclu şəxsə verə bilər. Əgər şəriət hakiminin yanına getmək mümkündürsə, vacib ehtiyata əsasən, bu işi onun icazəsi ilə görməlidir.

مسئله شماره 1974Rəhn malının şərtləri

Əgər borclu adamın zəruri vəsaitdən başqa heç nəyi olmasa

Məsələ 1974: Əgər borclu şəxs girov qoymamışsa və yaşadığı ev, mənzilin zəruri əşyalarıdan başqa malı olmasa, borc sahibi borcunu ondan tələb edə bilməz. Əksinə, (ona) möhlət verməlidir. Lakin, əgər girov qoyduğu mal ev və yaxud mənzilin zəruri əşyalarından olmasa, borc sahibi onu satıb borcunu götürə bilər.

مسئله شماره 1975Rəhn malının şərtləri

Ənənəvi rəhn və icarənin hökmü

Məsələ 1975: Camaat arasında (İranda) ev sahibinə borc verib, az da olsa icarə haqqı ödəmək şərti və yaxud ümumiyyətlə, icarə haqqı verməyərək evini girov götürmək adət halını alıb və ona rəhinli ev deyirlər. Bu iş sələm və haramdır. Doğru yol budur ki, ilk olaraq ev sahibi evi müəyyən məbləğdə, hətta az olsa belə, ona icarəyə versin və icarə əsnasında şərt etsin ki, ona filan qədər borc versin və onun müqabilində evi girov qoysun. Bu halda sələm deyil, halaldır.

مسئله شماره 1976Zəmanət

Zəmanət siğəsi

Məsələ 1976: Əgər insan bir şəxsin borcunu ödəmək üçün zamin olmaq istəsə, siğəni fars, ərəb və yaxud hər hansı bir dildə şifahi olaraq oxuya bilər. Məsələn, “mən filan kəsin borcunu ödəməyə zaminəm” desin və borc sahibi də “qəbul etdim” deməklə qəbul etsin. Həmçinin, zəmanət müqaviləsini zəmanətnamə imzalamaq və yaxud da hər hansı bir vasitə ilə bu işi borc sahibinə başa salmaqla və o da əməli olaraq qəbul etdiyi halda, yerinə yetirmək olar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی