مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 949 Səcdə edilən yeddi üzvü dəyişməkSəcdələr

Səcdə edilən yeddi üzvü dəyişmək

Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.

مسئله شماره 951Səcdələr

Səcdədə alının əhəmiyyəti

Məsələ 951: Vacib ehtiyata əsasən, namaz qılanın alnı dizlərini qoyduğu yerdən dörd bükülü barmaqdan artıq aşağı və ya yuxarı olmamalıdır. Alının da qoyulduğu yer dizlərin qoyulduğu yerdən dörd bağlı barmaqdan artıq yuxarı və ya aşağı olmamalıdır. Eləcə də, alının qoyulduğu yer ayaq barmaqların qoyulduğu yerdən bir o qədər fərqlənməməlidir. Bu halda yerin mailli olmasının fərqi yoxdur.

مسئله شماره 952Səcdələr

Alının səhvən hündür yerə qoymaq

Məsələ 952: Əgər bilmədən alın elə bir yerə qoyularsa ki, dizlərin və ya ayaq barmaqların səviyyəsindən dörd bağlı barmaqdan çox fərqlənsin, bu fərq səbəbindən namaz qılanın səcdədə olmadığı söylənilərsə, başını qaldırmalı və dörd bağlı barmaqdan az fərqli yerə qoymalıdır. Amma əgər bu hal səcdə sayılsa alınıni həmin yerdən fərqi az olan yerə çəkmək vacibdir. Alnı çəkmək mümkün olmadıqda ehtiyat vacib budur ki, namazı bitirib yenidən qılsın.

مسئله شماره 953Səcdələr

Alınla möhürün arasında maneənin hökmü

Məsələ 953: Alın elə bir yerə qoyulmalıdır ki, həmin yerə səcdə etmək düzgün sayılsın.Əgər alınla səcdə yeri arasında saç və ya möhürün çirki kimi bir maneə yaransa, alın möhürün özünə çatmasa, səcdə batildir. Amma möhürün rənginin dəyişməsinin eybi yoxdur.

مسئله شماره 955Səcdələr

İki ayaq barmağı yerə dəyməlidir

Məsələ 955: Vacib ehtiyata əsasən, səcdə zamanı ayaqların böyük barmaqlarının başı yerə qoyulmalıdır. O biri barmaqların qoyulması bəs etmir. Hətta baş barmağının dırnaqı uzun olduğundan barmaq yerə dəyməsə bunun eybi var.

مسئله شماره 956Səcdələr

Barmaqları olmayanlar

Məsələ 956: Bir şəxsin baş barmağı kəsilmişsə, onun qalan hissəsini yerə qoymalıdır. Əgər bir şey qalmamışsa, o biri barmağını yerə qoya bilər. Əgər ayağında barmaq yoxsa ayağının qalan hissəsini yerə qoysun.

مسئله شماره 957Səcdələr

Qeyri-adi səcdə

Məsələ 957: Əgər deyilməyən şəkildə səcdə etsə, məsələn yerə uzansa və bədənin yeddi üzvü yerə yapışdırsa, səcdəsi batildir.

مسئله شماره 958Səcdələr

Alında çiban və yara

Məsələ 958: Əgər alında çiban və bu kimi başqa bir yara olsa, alnını möhürə qoya bilmədikdə alnının başqa bir tərəfini möhürə qoya bilər, ya da iki tərəfə möhür qoyub yaranı bu möhürlərin arasına sala bilər. bir şərtlə ki, bu hündürlük dörd bağlı barmaqdan çox olmasın. Əgər yara bütün alnı əhatə edərsə, alının iki kənar tərəfindən biri ilə səcdə etmək olar. Bu da mümkün olmasa çənəni möhürə qoymaq olar. Bu da mümkün olmadıqda üzün istənilən bir yerini möhürə qoymaq mümkündür. Üzün heç bir hissəsini möhürə qoymaq mümkün deyilsə, əyilmək bəs edər.

مسئله شماره 959Səcdələr

Alnı yerə qoya bilməyənlər

Məsələ 959: Alnını yerə qoya bilməyən şəxs bacardığı qədər əyilməli, möhür və ya səcdə ediləsi başqa bir şeyi hündür bir yerə qoymalıdır ki, alnı ona çatsın. Əllərinin içini, dizlərini və ayaq barmaqlarını adi halda yerə qoymalıdır. Əgər əyilə bilməsə başı ilə işarə verməlidir. Başı ilə də işarə verə bilməsə gözləri ilə işarə etməlidir. Səcdə niyyəti ilə göz yumulur, səcdədən qalxmaq niyyəti ilə göz açılır. Hər halda vacib ehtiyat budur ki, möhürü qaldırıb alnına qoysun. Bütün bunlar mümkün olmadıqda ehtiyat vacib budur ki,qəlbində səcdə niyyət etsin.

مسئله شماره 960Səcdələr

Alın səcdə halında qalxarsa

Məsələ 960: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa və qayıtsa, bir səcdə hesab olunur. Səcdənin zikrini deyib-deməməsinin fərqi yoxdur. Amma ixtiyari olaraq başını qaldırsa, zikrdən öncə və bilərəkdən olsa, namazı batildir. Əks təqdirdə, eybi yoxdur.

مسئله شماره 961Səcdələr

Təqiyyə

Məsələ 961: Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə xalça və bu kimi şeylərə səcdə edə bilər. Möhürə səcdə məqsədi ilə başqa yerə getmək lazım deyil. Amma həmin yerdə daş və həsir kimi şeylərə səcdə etmək mümkün olsa bu iş vacibdir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی