مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2151Vəfat iddəsi

Vəfat iddəsinin miqdarı və hamilə qadının vəfat iddəsi

Məsələ 2151: Əri ölən qadın daimi və yaxud müvəqqəti evlənmədən, ərinin onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, 4 ay 10 gün iddə saxlamalıdır; hətta yaisə qadın da vəfat iddəsi saxlamalıdır. Hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. Lakin, uşaq 4 ay 10 gün keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün keçənə qədər davam etməlidir.

مسئله شماره 2153Vəfat iddəsi

Ərinin ölümünə əmin olan və iddə saxlayan qadın

Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, ərinin sonradan ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.

مسئله شماره 2154Vəfat iddəsi

Vəfat iddəsinin başlanğıcı

Məsələ 2154: Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtdan başlanır.

مسئله شماره 2156Talaq

Bain və rici talaq

Məsələ 2156: Təlaq iki qisimdir: Bain təlağı və ric’i təlağı. Bain təlağı odur ki, kişinin arvadına dönmək hüququ yoxdur (dönməkdə məqsəd budur ki, kişi əqdsiz olaraq arvadı ilə barışıb, onu yenidən arvadlığa qəbul etsin).Bain təlağı da öz növbəsində 5 qismə bölünür: 1- Doqquz yaşı tamam olmayan qadının təlağı; 2- Yaisə qadının təlağı – yə’ni yaşı əllini keçsə; 3- Evləndikdən sonra əri onunla cinsi əlaqədə olmayan qadın; 4- Üç dəfə təlaq verilən qadının üçüncü təlağı; 5- Xül’ və mübarat təlağı. Bunların şərhi sonradan gələcək. Başqa təlaqlar isə ric’i təlaq adlanır və qadın iddədə olduğu zaman kişi ona dönə bilər.

مسئله شماره 2158Arvada qayıtmağın hökmləri

Qayıtmağın qaydası

Məsələ 2158: Ric’i təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mə’nası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mə’nanı çatdıran bir iş görməlidir.

مسئله شماره 2161Arvada qayıtmağın hökmləri

Üçüncü talaq və mühəllil

Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی