مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1564Zimmi-kafirin müsəlmandan satın aldığı torpaq

Müsəlmana satmaq xümsün qüvvədən düşməsinə səbəb olmur

Məsələ 1564: Zimmi kafir müsəlmandan aldığı torpaq sahəsini başqa müsəlmana satsa, xüms ləğv olunmur. Həmçinin əgər o, ölsə və bir müsəlman o torpağı irs aparsa,vacib ehtiyata əsasən, onun xümsünü ödəməlidir.Əgər zimmi kafir yeri alan zaman xüms verməyəcəyini, yaxud satıcının onun xümsünü verməsini şərt etsə, onun şərti batildir və xümsü özü verməlidir. Amma əgər satıcının, xüms miqdarını onun tərəfindən verməsini şərt etsə, buna əməl etmək lazımdır.

مسئله شماره 715Qiblənin hökmləri

Müsəlmanların qibləsi

Məsələ 715: Müqəddəs Məkkə şəhərindəki Kə’bə evi dünya müsəlmanlarının qibləsidir. İnsan harada olur-olsun, üzü Kə’bəyə namaz qılmalıdır. Amma uzaqda olan bir şəxs elə dayansa ki, onun üzü qibləyə dayandığı söylənilsin, bəs edər. Beləcə, uzunluğu Kə’bə evindən xeyli artıq olan cəmiyyət namazının sıralarında hamı üzü qibləyə dayanmış sayılır.

مسئله شماره 1562Müharibə qəniməti

Müsəlmanlardan iki dəstə vuruşanda musəlmaanın vəzifəsi

Məsələ 1562: Bir qrup müsəlman ayrı bir qrupun əleyhinə təcavüz etsə, təcavüzkarın qarşısı alınmalıdır ki, Allahın hökmünə baş əysinlər. Əgər müsəlmanlar bu arada qənimət əldə etsələr, onu şəxsi malları hesab edə bilməzlər. Gərək onu saxlasınlar və vaxtında sahiblərinə qaytarsınlar. Bir halda ki, əgər bu qənimətlər onların əlində olduğu halda yenidən təcavüzə və fəsada səbəb olarsa, şəriət hakiminin icazəsi ilə, ondan düzgün istifadə olunar.

مسئله شماره 1182Müsafir namazına aid müxtəlif məsələlər

Müsafirin namazı həm qəsr həm də tamam qıla biləcəyi yerlər

Məsələ 1182: Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: “Məscidül-Həram”, “Məscün-Nəbi”, “Kufə” məscidi, İmam Hüseyn (ə)-ın hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bu günkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.

مسئله شماره 803Mubah olmalıdır

Müsafirxanalarda, hamamlarda, otellərdə və xüsusi məkanlarda qılınan namaz

Məsələ 803: Mehmanxana və hamam kimi yerlərdə oranın müsafirləri və müştəriləri namaz qıla bilər. Amma xüsusi mülklərdə sahibin icazəsi olmadan namaz qılmaq olmaz. Sahib istifadə icazəsi verdiyi zaman namaz qılınması ilə də razılaşdığı mə’lum olur. Necə ki, bir şəxsi qonaq çağıran şəxs ona namaz qılmaq icazəsi də verəsidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی