مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2002Əmanətin şərt və hökmləri

Sahibinin malı xüsusi yerdə saxlamağa və başqa yerə köçürməməyə dair göstərişi

Məsələ 2002: Əgər mal sahibi öz malını qormaq üçün bir yer tə’yin etsə və əmanətdar şəxsə “onu burada qoruyub başqa yerə aparmamalısan” desə, əmanətdar şəxsin onu başqa yerə aparmaq hüququ yoxdur. Əgər onun orada tələf olacağını ehtimal versə və oranı mal sahibinin nəzərində malı qorumaq üçün yaxşı olduğunu və buna görə də “başqa yerə aparma” deməsini bilsə, istisnadır. Lakin, bu sözün hansı səbəbə görə deməsini bilməsə, başqa yerə aparmamalıdır. Əgər aparsa və (mal) tələf olsa, vacib ehtiyata əsasən, onun əvəzini verməlidir.

مسئله شماره 2003Əmanətin şərt və hökmləri

Sahibinin malı xüsusi yerdə saxlamağa dair göstərişi və başqa yerə köçürməyi qadağan etməməsi

Məsələ 2003: Əgər mal sahibi malın qorunması üçün bir yer müəyyən etsə lakin, əmanətdar şəxsə “onu başqa yerə aparma” deməsə və əgər əmanətdar şəxs (əmanətin) orda tələf olacağını ehtimal versə, onu qorumaq üçün daha yaxşı olan yerə aparmalıdır. Əgər mal əvvəlki yerində qalıb xarab olsa, zamindir.

مسئله شماره 2004Əmanətin şərt və hökmləri

Əmanət qoyanın dəliliyi

Məsələ 2004: Mal sahibi dəli olduğu halda əmanətdar əmanəti tez onun başçısına çatdırmalı və ayxud malı aparmağı ona xəbər verməlidir. Əgər şəriət baxımından bir üzrü olmadığı halda bu işi görməsə və mal tələf olsa, zamindir. Əgər onun başçısı (vəlisi) əmanətin öz yerində qalmasına icazə versə, istisnadır.

مسئله شماره 2005Əmanətin şərt və hökmləri

Mal sahibinin ölüm halında əmanətdarın vəzifəsi

Məsələ 2005: Əgər malın sahibi ölsə, əmanətdar şəxs malı onun varisinə çatdırmalı və yaxud ona malı aparmağı xəbər verməlidir. Əgər bu işdə səhlənkarlıq etsə, zamindir. Lakin, varisi tanımaq və yaxud ölən şəxsin başqa bir varisi də olub-olmamasını öyrənmək məqsədi ilə malı verməsə və mal tələf olsa, zamin deyil.

مسئله شماره 2008Əmanətin şərt və hökmləri

Ölüm əlamətlərini hiss edərkən əmanətdarın vəzifəsi

Məsələ 2008: Əgər əmanətdar şəxs ölüm əlamətlərini özündə görsə, imkan daxilində əmanəti sahibinə və yaxud vəkilinə çatdırmalıdır. Mümkün olmadığı halda, vacib ehtiyata əsasən, şəriət hakiminə verməlidir. (Şəriət hakiminə) əli çatmadıqda vəsiyyət etməli, şahid tutmalı və vəsiyyət etdiyi şəxslə şahidə mal sahibinin adını, malı, onun xüsusiyyətlərini və onun yerini deməlidir.

مسئله شماره 2009Ariyə

Ariyənin mənası

Məsələ 2009: İnsanın öz malını başqasının ixtiyarında istifadə etməsi üçün qoyub, ondan heç nə almamasına “ariyə” deyilir.

مسئله شماره 2010Ariyə

Ariyə siğəsi

Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn “mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.

مسئله شماره 2011Ariyənin hökmləri

Ariyənin icazəli olmadığı hallar

Məsələ 2011: Qəsb edilmiş və yaxud insanın şəxsi malı olan lakin, mənfəəti başqasının öhdəsində qoyulmuş şeyi ariyə vermək düzgün deyil. Əgər haqq sahibi razı olub icazə versə, istisnadır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی