مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2212Heyvanların başını kəsmək və ov etmək qaydaları

Əti halal olan heyvanlar

Məsələ 2212: Əgər əti halal olan bir hevanın ev və yaxud çöl (vəhşi) heyvanı olmasından asılı olmayaraq, sonradan deyiləcək şərtlərə uyğun başını kəssələr, onun ətini yemək halaldır. Lakin insanın cinsi yaxınlıq etdiyi heyvanın və hətta balasının da əti haramdır. Həmçinin nəcis yeyən heyvanın hökmü də yuxarıdakı ilə eynidir. Əgər ona şəriətdə qeyd edilən göstərişlərə uyğun pak yemək verib, pak etsələr, istisnadır.

مسئله شماره 2212Heyvanların başını kəsmək və ov etmək qaydaları

İnsanın yaxınlaşdığı heyvanın və nəcis yeyən heyvanın hökmü

Məsələ 2212: Əgər əti halal olan bir hevanın ev və yaxud çöl (vəhşi) heyvanı olmasından asılı olmayaraq, sonradan deyiləcək şərtlərə uyğun başını kəssələr, onun ətini yemək halaldır. Lakin insanın cinsi yaxınlıq etdiyi heyvanın və hətta balasının da əti haramdır. Həmçinin nəcis yeyən heyvanın hökmü də yuxarıdakı ilə eynidir. Əgər ona şəriətdə qeyd edilən göstərişlərə uyğun pak yemək verib, pak etsələr, istisnadır.

مسئله شماره 2213Heyvanların başını kəsmək və ov etmək qaydaları

Əti halal olan və silahla ovlanmış vəhşi heyvanın hökmü

Məsələ 2213: Əti halal olan çöl heyvanı, məsələn, ceyran, dağ keçisi, kəklik və s. və habelə, əti halal olan ev heyvanı çöl heyvanı olduqda, məsələn, inək, dəvə fərari olub, çöl heyvanına çevrilsə, əgər onu silah vasitəsi ilə (sonradan qeyd edilən göstərişlərə uyğun olaraq) ovlasalar, halaldır. Lakin əti halal ev heyvanını ovladıqda halal olmur; əhilləşdirilərək ev heyvanına çevrilən əti halal çöl heyvanı da eyni hökmə malikdir.

مسئله شماره 2217Heyvanların kəsilməsi və ovlanmasının hökmləri

İt və donuz başını kəsməklə və yaxud ovlamaqla pak və halal olmurlar

Məsələ 2217: Başları kəsilmək və şikar edilməklə it, donuz halal olmur və onların əti də haramdır. Əti haram olan yırtıcı və ət yeyən heyvanlar, məsələn, canavar, pələng kimi, deyilən göstərişlərə uyğun başları kəsilsə, yaxud ovlanılsa pakdır, lakin onun əti halal deyil və əgər ov iti ilə də onu ovlasalar, eyni hökmə malikdir.

مسئله شماره 2220Heyvanların başını kəsmək qaydası

Hulqun və boyun damarlarını kəsmək qaydası

Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yə’ni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی