مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1323Orucun niyyəti

Niyyətdə Ramazan ayının günlərini təyin etmək

Məsələ 1323: Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, “ayın ikinci gününün orucunu tuturam” desə və sonra mə’lum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.

مسئله شماره 1324Orucun niyyəti

Günün bir hissəsində huşdan getmək

Məsələ 1324: Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra huşdan getsə və ya məst olsa və gün ərzində huşa gəlsə və heç bir xilaf iş görmədiyi halda, vacib ehtiyata görə, o günün orucunu tamam etməli və qəzasını da yerinə yetirməlidir.

مسئله شماره 1325Orucun niyyəti

Ramazan ayı olduğunu unudanın vəzifəsi

Məsələ 1325: Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş halda xəbər tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.

مسئله شماره 1327Orucun niyyəti

Qəza orucu olan üçün müstəhəb oruc tutmaq olmaz

Məsələ 1327: Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.

مسئله شماره 1329Orucun niyyəti

Ramazan ayının orucu olmasa, vacib orucun niyyətinin vaxtı

Məsələ 1329: Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə, niyyət edə bilər.

مسئله شماره 1330Orucun niyyəti

Qeyri-müəyyən, vacib orucun niyyət vaxtı

Məsələ 1330: Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.

مسئله شماره 1331Orucun niyyəti

Zöhürdən qabaq müsəlman olmuş kafir

Məsələ 1331: Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalan xəstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və vacib ehtiyata görə qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır.

مسئله شماره 1332Orucun niyyəti

Şəkk günündə insanın vəzifəsi

Məsələ 1332: Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu mə’lum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.

مسئله شماره 1333Orucun niyyəti

Vacib oruc tutarkən niyyəti dəyişmək ya da tərəddüd etmək

Məsələ 1333: Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی