Ərin icazəsi olmadan evdən kənarda peşə seçmək
Məsələ 2062: Daimi əqd olunan qadın, vacib ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir işə girə bilməz (şifahi icazə və yaxud da bə’zi əlamətlərdən razılığının mə’lum olmasından asılı olmayaraq)və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.