مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2052Evlənmək haram olan insanlar

İddə halında əqd oxuduğu qadınla evlənmək

Məsələ 2052: Əgər başqasının iddəsində olan qadını özünə əqd etsə, kişi və qadın və yaxud onlardan biri qadının iddədə olmasını və habelə, iddədə olan qadınla əqd etməyin haram olduğunu bilsə, onunla cinsi əlaqədə olub-olmamasından asılı olmayaraq, o qadın ona əbədi haram olur. Lakin onlardan heç biri qadının iddədə olduğunu bilməyiblərsə və yaxud iddəli qadınla əqd etməyin haram olduğunu bilməyiblərsə, bir-birləri ilə cinsi yaxınlıq etdikləri halda, qadın ona haram olur; yaxınlıq etməyiblərsə qadın ona haram olmur. Əqd vəkil vasitəsi ilə oxunduğu hallarda əbədi haram hasil olmur.

مسئله شماره 2053Evlənmək haram olan insanlar

Əri olan qadınla evlənmək

Məsələ 2053: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.

مسئله شماره 2060Evlənmək haram olan insanlar

Evlənmək ona məsləhət olmayan qız usagı ilə evlənmək

Məsələ 2060: Əgər bir şəxs həddi-büluğa çatmayan bir qızı onun vəlisinin icazəsi ilə özünə əqd etsə, qızın doqquz yaşı tamam olmayınca, onunla cinsi əlaqədə olması haramdır. Doqquz yaşı olandan sonra da,əgər cismi baxımdan hazır olmasa, (onunla cinsi əlaqədə olmağın)iradı var. Hər bir halda, əgər yaxınlıq edib onu ifza etsə, o qadın ona harm olmur, xüsusi ilə əgər cərrahiyyə əmaliyatı və yaxud dərman vasitəsi ilə yaxşı olub, əvvəlki halına qayıtsa. Bu baxımdan arvadla yaxınlıq məsələsində doqquz yaşın tamam olmasından əlavə, cinsi yaxınlıq üçün cismin inkişaf etməsi də lazımdır. Əgər qadının ifza və naqis olma qorxusu olsa, həddi-büluğa çatmasından asılı olmayaraq, qadınla cinsi əlaqənin iradı var.

مسئله شماره 2061Evlənmək haram olan insanlar

Üç dəfə talaq verilmiş qadın

Məsələ 2061: Üç dəfə təlaq verilən qadın ərinə haram olur. Amma əgər təlaq kitabında deyilən şərtlər əsasında başqa kişi ilə nikah edib aralarında cinsi yaxınlıq olduqdan sonra təlaq alsa,birinci əri ilə yenidən ailə qura bilər.

مسئله شماره 2062Daimi əqdin hökmləri

Ərin icazəsi olmadan qadının evdən çölə çıxması

Məsələ 2062: Daimi əqd olunan qadın, vacib ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir işə girə bilməz (şifahi icazə və yaxud da bə’zi əlamətlərdən razılığının mə’lum olmasından asılı olmayaraq)və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی