Camaşırxananın işçisinin paltarın pak olması ilə əlaqədar sözü
Məsələ 244: Əgər insan öz libasını yumaq və suya çəkmək üçün müsəlman camaşırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs edir.
Məsələ 244: Əgər insan öz libasını yumaq və suya çəkmək üçün müsəlman camaşırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs edir.
Məsələ 1. Müsəlman olan şəxs dinin əsas etiqadi məsələlərində üsulidində bir başqasına təqlid edə bilməz, gərək həmin məsələlərə öz düşüncəsi tutumunda dəlil əsasında etiqad bəsləsin. Amma furuidində, yəni ehkama (əməli göstərişlər) müctəhid olduğu təqdirdə (yəni ilahi hökmləri dəlil əsasında özü ələ gətirə biləndə) öz rəyinə əməl edər, özü müctəhid olmadıqda isə müctəhid olan bir şəxsə təqlid edər, necə ki, insanlar anlayışları və ixtisasları olmadığı sahələrdə həmin sahənin mütəxəssisinə müraciət edir, ona təqlid edirlər. Həmçinin, ehtiyata da əməl edə bilər. Yəni öz əməllərində elə bir şəkildə rəftar etmiş olsun ki, vəzifəsini yerinə yetirdiyinə yəqin hasil etmiş olsun. Məsələn, müctəhidlərdən bəzisi bir əməli haram, digərləri isə onu halal bilirlərsə, həmin əməli tərk etsin; ya bəziləri bir əməli müstəhəb, digərləri isə vacib hesab edirlərsə, həmin əməli yerinə yetirsin. Lakin ehtiyata əməl etmək çətin olduğundan və fiqhi məsələləri geniş şəkildə bilməyi tələb etdiyindən, insanların əksəriyyəti üçün asan yol müctəhidlərə müraciət edib, onlara təqlid etməkdir.
Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.
Məsələ 1397: Vacib ehtiyata görə, oruc tutan şəxs boğazına zorla nəyisə tökəcəkləri və ya onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin, belə bir yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona yeməyə heç nə verməsələr, orucu düzgündür.
Məsələ 1028: Əgər iki şəxs eyni zamanda bir-birinə salam verərsə, vacib ehtiyat budur ki, salamın hər ikisi cavablandırılsın.
Məsələ 1214: İnsan bə’zi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və imamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.
Məsələ 1537: Əgər bir yerdə basdırılmış bir neçə qabda müəyyən qədər xəzinə tapılsa və onların qiyməti üst-üstə nisab həddinə çatsa, onun xümsü verməlidir. Amma bir neçə yerdə müxtəlif xəzinələr tapılsa, onlardan hər birinin qiyməti nisab həddinə çatsa, xümsü var. Onları üst-üstə toplayıb, hesablamaq lazım deyil.
Məsələ 2384: Əgər varis təkcə anadanbir dayı və ya xala, ata-anadanbir dayı və xala, atadanbir dayı və xalasa, atadanbir dayı və xala irs götürmür. Mal altı hissəyə bölünür, bir pay anadanbir dayı və xalaya verilir, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar bu payı öz aralarında bərabər bölürlər.
Məsələ 2385: Əgər varis təkcə atadanbir dayı və xala, anadanbir dayı və xala, ata-anadanbir dayı və xalasa, atadanbir dayı və xalaya irs düşmür. Mal üç hissəyə bölünür, bir hissə anadanbir dayı və xalaya bərabər şəkildə bölünür, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar da bu payı öz aralarında bərabər bölürlər.
Məsələ 938: Qocalıq səbəbindən bir şəxsin qəddi əyilmişsə, xəstəlik və ya başqa bir səbəbdən rüku halına oxşar haldadırsa, namazda qiraət üçün bacardığı qədər qəddini düzəltməli, bunu bacarmasa rükudan öncə belini bir qədər düzəldib sonra rüku vəziyyətini almalıdır. Bu da mümkün olmasa, rüku üçün bir qədər əyilsin. Bir şərtlə ki, rüku halından çıxmasın. Bu da mümkün olmadıqda ehtiyat budur ki, başı ilə işarə etsin və həmin halı rüku nəzərdə tutsun.
Məsələ 1518: Başqası ilə şərik olan bir şəxs, ortağının malının xümsünü vermədiyini bildiyi halda onunla alverini davam etdirməsi caiz deyil. Şərikli mala xüms gəldiyi halda, hər ikisinin ondan istifadə etməsi haramdır.
Məsələ 750: Namaz qılan şəxsin libası atıcı qanı olan heyvanların ölüsünün hissələrindən olmamalıdır. Vacib ehtiyat budur ki, balıq və ilan kimi atıcı qanı olmayan heyvanların da hissələrindən olmasın.