Zəkatı günaha sərf etməsin
Məsələ 1654: İkincisi, zəkat vermək günaha səbəb olmamalıdır. Belə olan halda, onu günah işlərdə istifadə edən şəxsə zəkat vermək olmaz. Vacib ehtiyata əsasən, spirtli içki içənə də zəkat verilməsin.
Məsələ 1654: İkincisi, zəkat vermək günaha səbəb olmamalıdır. Belə olan halda, onu günah işlərdə istifadə edən şəxsə zəkat vermək olmaz. Vacib ehtiyata əsasən, spirtli içki içənə də zəkat verilməsin.
Məsələ 1655: Zəkatda ədalət və böyük günahlara qurşanmamaq şərt deyil.
Məsələ 1656: Üçüncüsü, xərcləri özünə vacib olan kəslərə -övlada, arvada, ata-anaya zəkat vermək olmaz. Əgər onlar borclu olsalar və borclarını ödəyə bilməsələr, onlara borclarını ödəyə biləcəkləri qədər zəkat vermək olar.
Məsələ 1657: Əgər bir nəfər nəfəqəsi özünə vacib olan şəxslərin xərclərini ödəyə bilmirsə, məsələn, arvad-uşağının xərcini verməyə imkanı yoxdursa və yaxud imkanlı olduğu halda vermirsə, başqaları onlara zəkat verə bilər.
Məsələ 1658: Hər vaxt övladın elmi-dini kitablara ehtiyacı olsa, ata onları almaq üçün ona zəkat verə bilər.
Məsələ 1659: Hər vaxt ər arvadının xərclərini ödəməsə, qadın şəriət hakimi və yaxud başqalarının vasitəsi ilə haqqını ala bilər. Belə bir qadın zəkatdan istifadə edə bilməz.
Məsələ 1660: Ərin zəkatı alıb arvadı və uşaqları üçün xərcləyəcəyindən asılı olmayaraq, qadın fəqir ərinə zəkat verə bilər.
Məsələ 1661: Dördüncüsü, zəkat alan seyid olmamalıdır. Lakin, zəkat verən də seyid olsa (ala bilər). Əgər xüms və s. dini vergilər onların xərclərinə kifayat etdiyi üçün çarəsizlikdən zəkat almağa məcbur olsa, seyid olmayan şəxsdən zəkat ala bilər. Lakin, vacib ehtiyata əsasən, yalnız gündəlik xərcləri qədər alsın.
Məsələ 1662: Zəkatda qürbət qəsdi şərtdir. Yəni zəkat Allah-taalanın əmrinə itaət etmək üçün verilməlidir. Gərək niyyətində malın və yaxud fitrənin zəkatı olmasını müəyyən etsin. Lakin, əgər buğda, arpa və başqa şeylərin zəkatını verirsə, zəkatın hansının olmasını müəyyən etməsi lazım deyil.
Məsələ 1663: Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib heç birini niyyət etməsə, bu halda, verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin cinsin zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa, onların hamısına bölünər. Bu baxımdan, məsələn, əgər zəkat adı ilə bir qoyun versə, qoyunun zəkatı hesab olur. Lakin, qoyun və inəkdən zəkata borclu olduğu halda müəyyən qədər gümüş pul versə, hər ikisinin arasında bölünər.
Məsələ 1664: Əgər bir nəfəri malın zəkatını verməyə vəkil etsələr, vəkilin niyyət edib-etməməsindən asılı olmayaraq, həmin miqdar malik niyyət etsə kafidir. Əgər malik zəkatın niyyətini etməyib, bütün öhdəlikləri vəkilə tapşırıbsa, gərək vəkil niyyət etsin.
Məsələ 1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.