Qətldə şübhəli bilinən şəxsdən qisas almaq
Bir şəxs iki "kalaşnikov" gülləsi ilə qətlə yetirilmişdir. Qətldə şübhəli bilinən şəxslər dörd nəfərdir. Onlardan üçünün əlində "kalaşnikov" tipli avtomat silah olsa da hal-hazırda aradan çıxıb gizlənmişlər. Lakin yaxalanan birinin əlində "brunov" tipli silah tutulmuşdur. Belə olduqda qan sahibləri dördüncü şəxsdən qisas alınmasını tələb edə bilərlərmi? Ümumiyyətlə, burada hansı növ hökm verilməlidir?
Şəriət qanunlarına əsasən onun qətl törətdiyi sübut olunmasa, ondan qisas almağa haqları yoxdur.