Varis yalnız həyat yoldaşıdırsa
Digər varisləri olmadığı halda ər-arvada bir-birlərindən çatan irsin necəliyinə aydınlıq gətirmənizi xahiş edirik.
Əgər ər və yaxud arvad dünyadan gedərsə, başqa bir varisləri də olmasa, arvadın vəfat etdiyi surətdə əmlakının hamısı ərinə çatır. Ərin dünyadan getdiyi təqdirdə isə əmlakının dörddə biri qadına və yerdə qalanı İmama (əleyhis-səlam) çatır.