Zinaya iqrar
Kişi evlilik vəziyyətindədir, qadın isə subaydır. Qadın buna razı olmadığını (cinsi əlaqənin zorakılıqla baş verdiyini), kişi isə iki tərəfin buna razı olduğunu iddia edir və dörd dəfə bunu iqrar edir. Kişinin iddiasını qəbul etdiyimiz təqdirdə, hökmün nəticəsini nəzərə almaqla o, “rəcm” (daş-qalaq) olunmalıdır. Bunu qəbul etməsək, əksinə qadının iddiasını qəbul etsək, kişinin cəzası edamdır. Belə bir şəraitdə “لیس على المستکرهة شىء اذا قالت استکرهت”- (zorakılığa məruz qalan qadın “məni məcbur etdin” – desə, onun günahı yoxdur) hədisini nəzərə almaqla, və ya zorakılıq əməlində iki tərəfin şərt olmasını, hər birinin sözünün öz lehinə qəbul etməyin zorakılıq mənasına zidd olmasını, eləcə də onların hər birinin sözünü digərinin əleyhinə qəbul etməyin “اقرار العقلاء على انفسهم ” – (ağıl sahiblərinin öz əleyhinə iqrarı) qaydasına zidd olmasını və bundan əlavə, iqrara və qadının hamilə olmasına əsasən zina əməlinin baş verdiyinin qəti və şübhəsiz olduğunu nəzərə almaqla xahiş edirik ki, belə halların tez-tez baş verdiyinə görə yuxarıdakı cinayət işinin hökmünü lazımi istifadələr üçün bəyan edəsiniz.
Kişinin iqrarına əsasən o, rəcm (daşqalaq) cəzasına məhkum edilməlidir. Qadına isə razı olmadığını iddia etdiyinə görə bəraət verilməlidir. Zahiri hökmlərdə fərqli ölçü götürməyin maneəsi yoxdur. Baxmayaraq ki, bu iş bəzi hallarda icmali (qeyri-dəqiq) elmlə ziddir. Məsələn, “kürr, yoxsa qəlil su (az su) olması şəkli olan su ilə yuyulan nəcis paltar” məsələsində istishab qaydasına görə paltar nəcis sayılır, su isə pak sayılır.