Yaxınlığa razı olmazdan öncə mehriyyəni tələb etmək
Əgər qadın mehriyəni almayacağı təqdirdə itaət etməyə (yaxınlığa) razı olmursa, digər tərəfdən əri də mehriyəni ödəməyə qadir deyilsə və eyni halda : “Talaq verməyəcəyəm və ömrümün axırına qədər xərclik verəcəyəm” – deyirsə, məsələnin hökmü necədir?
1) Qadın yaxınlığa razı olmazdan öncə mehriyəni tələb etməyə haqqı var. Hətta ərinin mehriyəni ödəmək üçün imkanı olmasa belə . 2) Ərin mehriyəsi yoxdursa, xərcliyini verməlidir. 3) Bu şərait illərlə davam etsə, belə ki, qadının zərərə düşməsinə və ya şiddətli məşəqqətinə səbəb olsa, şəriət hakimi əri talaq verməyə məcbur edəcək: əgər talaq verməsə, şəriət hakimi özü talaq verəcək və mehriyənin yarısı, ödəmək imkanı əldə edənə kimi ərin öhdəsində qalacaqdır.