Qəza namazı istəmədiyini vəsiyyət edən ata
Mən ailəmizin böyük oğluyam. Atam uzun müddət namaz və oruclarını yerinə yetirməmiş, vəsiyyətnaməsində də yazmışdır ki, heç bir namaz və orucun qəzasını istəmir, bu ibadətlərin qəzası onun özünə aiddir. Bu faktı nəzərə alsaq, mənim vəzifəm nədir?
Siz atanızın üzrlü səbəbdən qəzaya gedən namaz və oruclarını (habelə ehtiyat vacibə görə ananızın da) gərək qəza edəsiniz. Bundan qeyrisi vacib deyil, lakin ehtiyat müstəhəbdir.