Məscid ərazisindən idman fəaliyyətləri üçün istifadə etmək
Məscidin ərazisindən (məsələn, həyət, zirzəmi və s.) dini təlimlərlə (Quran təlimi, əhkam və əqaid) yanaşı, sağlam mədəni fəaliyyətlər üçün tennis stolu gətirməyin hökmü nədir?
Yuxarıda sözü gedən avadanlıqdan məscidin şəbistanında və fəzasında istifadə etmək caiz deyil. Amma əgər məsciddə kitabxana və ya mədəni-maarif fəaliyyətlər üçün salon tikilmişdirsə, bu kimi işlər üçün onun fəzasından istifadə etmək olar.