مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Yəhudilərin abad etdikləri torpaqlar

Bir yəhudi keçən hökumət (şah üsul-idarəsi) zamanı o hökumətin köməyi ilə sahibsiz bir torpağı buldozerlə hamarlamış və sənədlərin qeydiyyata alınma idarəsindən onun üçün rəsmi sənəd də almışdır. İnqilabdan sonra o xaricə qaçmış və əmlakı müsadirə olunmuşdur. Həmin torpaqlar da şəhərin torpaq idarəsinin mülkiyyətinə alınmış və ondan bir hissəsini məscid üçün ayırmışdır. Hal-hazırda orada bir məscid inşa olunmuşdur. Bunları nəzərə alıb aşağıdakı suallara cavab vermənizi xahiş edirik:1) Sahibsiz torpağı sadəcə hamarlaşdırmaq və hissələrə bölmək onun mülkiyyətə keçməsinə səbəb olurmu və “təhcir” (sahib olmaq məqsədilə ayırmaq, ətrafına çəpər çəkmək) hökmündədirmi? 2) Bu adamın ölkədən qaçması onun (mülkiyyətdən) imtina etməsi hökmündədir, ya yox?3) Əgər yəhudinin razılığını əldə etmək lazımdırsa və onun tapmaq mümkün deyilsə, o məhəllənin möminləri bu torpağın qiymətini öz öhdələrinə götürə bilərlərmi ki, torpaq sahibi pulunu istədiyi vaxt ödəsinlər?4) Əgər torpaq sahibini heç bir vəchlə tapıb razılığını ala bilməsək, müctəhidin (fəqihin) icazəsi ilə bu məsciddə namaz qılmaq olarmı?

1) Bu iş ev inşası üçün torpağın abadlaşdırılmasına və mülkiyyətə keçməsinə səbəb olur.2) Qaçmaq (mülkiyyətdən) imtina etməyə sübut deyil. 3) Əgər bu yəhudi İslam hökumətinin və ya İslam dininin əleyhinə fəaliyyət göstərən adamlardan olubsa, hərbi kafir hökmündədir və bu halda o torpağı mülkiyyətə keçirmək caizdir. 4) Yuxarıdakı cavabdan məlum oldu.

Vəqf olunmuş torpaqları daha yaxşısı ilə dəyişmək

Bir torpaq sahəsi oğlan övladlara vəqf olunmuşdur. Vəqfdə məqsəd olanlar bu vəqf olunmuş torpağı digər mülki torpaq sahəsi ilə dəyişə bilərlərmi? Çünki, o torpaq sahəsi daha məhsuldardır və vəqfdə məqsəd olanların ondan istifadəsi və məhsul götürməsi üçün daha əlverişlidir.

Yuxarıda fərz olunanlara görə onları dəyişmək caiz deyil. Onları müamilə etsələr müamilə batildir. Yalnız o halda mümkündür ki, vəqf olunmuş əmlak tamamilə faydasız və vəqfdə məqsəd tutulanlar üçün istifadəyə yararsız olsun və yaxud onların arasında ciddi ixtilaf və mübahisəyə səbəb olsun ki, bu mübahisəyə son qoymaq üçün onu dəyişməyə və ya bölməyə məcbur olaq.

دسته‌ها: Vəqfin hökmləri

Vəty olunmuş heyvanı ayırd etmək üçün püşk atılması

Bir qoyunla yaxınlıq edilsə və o, sair qoyunların içində olub hansı birisi olduğu dəqiq məlum olmasa, onun üçün bu şəkildə püşk atmaq caizdirmi: məsələn, qoyunların üstünə birdən yüzə qədər nömrə yapışdırsın, sonra birdən yüzə kimi rəqəmlər yazılan kağızları zənbilin içərisinə atsın, bu kağızlardan birini götürsün, qoyunların üzərinə yapışdırılmış nömrələrlə tətbiq etsin və o qoyunu kəsib ətini yandırsın?

Hədisdə deyilənlərə əsasən, qoyunları iki dəstəyə bölməli və bu iki dəstədən birini püşk yolu ilə ayırmalı, sonra yenidən püşk düşəni iki dəstəyə bölməli və bir qoyun qalana kimi bu yolla əməl etməlidir. Lakin yazdığınız şəkildə də püşk atmanın eybi yoxdur. Çünki, hədisdə deyilənlər püşk atmanın bir növünü bəyan edir.

دسته‌ها: Vəty olunmuş heyvanlar

Bir qazının çıxardığı hökmün başqa qazı tərəfindən ləğv edilməsi

Bir qazı başqa bir qazının hökmünü ləğv edə (qüvvədən sala) bilərmi? Bu iş caiz deyilsə, ölkənin Ali məhkəməsi tərəfindən bir qazının qərarını pozmaq üçün hansı yol vardır?

“Birinci dərəcəli ünvanlar” baxımından cinayət işlərinə yenidən baxmaq üçün təkcə çıxış yolu budur: birinci mərhələdə olan qazılara göstəriş verilməlidir ki, mühüm məsələlərin (məsələn, qətl hadisələrində, mühüm mülki məsələlərdə və s.) ilkin mərhələsində qəti qərar çıxarmasınlar və yalnız öz məşvərət yönlü nəzər və məsləhətlərini qeyd etsinlər. Başqa sözlə, belə məsələlərdə hökm vermək (qərar çıxarmaq) onların qəzavət hüquqları dairəsindən xaricdir. Bununla da işlərə yenidən baxmaq üçün şərait yaranacaq və ikinci hakim cinayət işi üzrə bütün lazımi işləri apara, əlavə olaraq, birinci qazının məsləhətlərindən də istifadə edə biləcəkdir. Əlbəttə, bu, şikayət edən tərəflərin işə yenidən baxılmasını tələb etdikləri hallardadır. Amma əgər onlar işə yenidən baxılmasını tələb etməsələr, birinci qazı qəti qərar çıxara bilər. (Yəni bu halda hökm inşa etmək hüququna malikdir.)

دسته‌ها: Qəzavət
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی