Nisa təvafını qəsdən yerinə yetirməmək
Ərlə arvad Məkkəyə getmiş və həcc əməllərini yerinə yetirmişlər. Lakin qadın öz ərini istəmədiyindən nisa təvafını və onun namazını yerinə yetirməmiş və ər də bu təvafı və namazı yerinə yetirməmişdir, beləcə öz vətənlərinə dönmüşlər. Hal-hazırda o qadının məhrəmlik baxımından və ər evində olması baxımından vəzifəsi nədir?
Bu qadın və kişi qayıdıb nisa təvafını və onun namazını yerinə yetirənə kimi bir-birinə naməhrəmdirlər. Əgər bunu edə bilmirlərsə təvaf üçün naib tutsunlar. Yəni Məkkəyə gedən şəxslərdən xahiş etsinlər ki, onların yerinə naib olaraq nisa təvafını və onun namazını yerinə yetirsin.