Naib vasitəsilə əcir tutulması
Naibin (başqa birini) naib tutmağa haqqı varmı? Bu əməli yerinə yetirəndən sonra mərhumun boynundan götürülürmü?
Naibin başqasını naib tutmaq haqqı yoxdur. Lakin yerinə yetirilən həcc səhihdir və mərhumun boynundan götürülmüşdür. Bundan əlavə, naib aldığı pul müqabilində borcludur.
Hərəmdə vəfat edən şəxsin yerinə naib olmaq
Fəqihlərin dediklərinə görə bir kəs istitaətdən neçə il sonra və ya istitaətinin birinci ilində Məkkəyə gedərsə və hərəm hüdudlarına daxil olandan sonra dünyasını dəyişərsə, onun tərəfindən naib tutmaq (əvəzində həcc yerinə yetirmək) lazım deyil. Sualımız budur ki, təməttö ümrəsini tamamlayandan sonra dünyadan gedərsə, yenə də naib tutmaq lazım deyildirmi?
Hərəmə daxil olandan sonra ehramla dünyasını dəyişsə və ya təməttö ümrəsindən sonra vəfat etsə, naib tutmaq lazım deyil.
Naib olan şəxsin karvan xidmətçisi olması
Bir şəxs xidmətçiliyə düzəlməzdən öncə başqası tərəfindən həcc yerinə yetirmək üçün qəbul olunmuşdursa, sonradan xidmətçilik məsələsi düzələrsə, həcci kimin tərəfindən yerinə yetirməlidir? Habelə, istitaətli olmayan, lakin bir kəsə kömək üçün həccə gedən şəxs barədə nə deyə bilərsiniz?
Öncə başqasının tərəfindən naib olan şəxsin sonradan xidmətçilik məsələsi də düzələrsə, həcci yalnız niyabət niyyəti ilə yerinə yetirməlidir. Lakin əcir olmasa, müstəti hökmündədir və həcci, vacib həcc sayılır.
Qiraəti səhih olmayan bir kəsi əcir tutmaq
Namazı çox da kamil olmayan bir şəxs, özü üçün və ya başqasının tərəfindən naib olaraq həccə gedərsə, təvaf namazını qıldırmaq üçün başqasını naib tuta bilərmi?
Özü üçün həccə gedərsə, bacardığı qədər yerinə yetirməli və çalışmalıdır ki, mümkün qədər namazının qiraətini islah etsin. Lakin qiraəti səhih olmadığı təqdirdə digərlərinin yerinə naib olması işkallıdır.