Nafizə xəsarətinin diyəsinin miqdarı
Güllə zərərçəkən şəxsin bədəninin sağ nahiyəsinə girmiş və 20 sm məsafə ilə həmin tərəfdən çıxmışdır. Başqa sözlə, güllə sadəcə dərinin altına girmiş və qısa məsafədən xaric olmuşdur. Tibbi ekspertiza məruzəsində bildirmişdir ki, güllə bədənin daxili orqanlarına və mədə-bağırsaqlara heç bir zərər yetirməmişdir. Sualımız budur: Bu yara kamil diyənin üçdə biri olan caifənin, yoxsa kamil diyənin üçdə ikisi olan caifənin nümunəsidir? Yoxsa, bunların heç biri olmayıb, yalnız ərş müəyyən olunmalıdır?
Bu xəsarət zahirən nafizənin nümunəsidir. Onun diyəsi mötəbər hədislərdə yüz dinar təyin olunmuşdur.
Onurğa beyninin dağılmasından irəli gələn ölümün diyə və qisası
Güllə bir şəxsin bədəninin bir tərəfindən girib o biri tərəfindən çıxmış və onurğa beyninin tamamilə dağılmasına səbəb olmuşdur. Zərərçəkən bir müddət sonra dünyasını dəyişmişdir. Tibbi ekspertizanın rəyinə əsasən ölümün səbəbi ilkin yaralardan doğan fəsadlar olmuşdur. Qeyd etmək lazımdır ki, güllə atan şəxs öncə onurğa beynini qırdığına görə kamil diyə, həmçinin kamil diyənin üçdə ikisi qədər də caifəyə görə ödəməlidir. Xahiş edirik ki, yuxarıda deyilənlərlə əlaqədar və atəş açan şəxsin nə qədər diyə verməli olduğu barədə öz rəyinizi bəyan edəsiniz.
Əgər atəş açma qəsdən baş vermişdirsə, gülləni atan şəxs verilmiş diyəni geri qaytarıb qisasa (edama) hazırlaşmalıdır. Əgər səhvən və ya ehtiyatsızlıq üzündən baş vermişdirsə, artıq diyə düşmür və bir diyə kifayətdir. Bir zərbə ölümlə nəticələnmişdirsə, caifə diyəsi də düşmür.
Gözbağlayıcılığı özünə peşə seçmək
Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Gözbağlayıcılığı özünə peşə seçmək
Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Meyqunun halal olma şərtləri
Geniş şəkildə ovlanan, əti yeyilən və meyqu (krevet) adı ilə məşhur olan ərbiyan (rubiyan) barəsində buyurmuşlar ki, onun pulcuğu var. Bu, (pulcuqlu olmaq nəzəri) meyqunun bütün növlərinə aiddirmi? Çünki, Şahmeyqu adi ilə (onun xarici adı Labisterdir) məşhur olan bir meyqu (krevet) var ki, ərbiyanın bütün xüsusiyyətləri onda gözə dəyir. Yalnız bu fərqlə ki, onun cüssəsi böyükdür. Sual belədir ki, yalnız bir növ ərbiyan halaldır, yoxsa vahid xüsusiyyətlərə malik olmaqla ərbiyan və meyqu adlanan heyvanların hamısı halaldır?
Ərbiyan növləri arasında heç bir fərq yoxdur. Lakin adi ərbiyanlar kimi pulcuğu olması gərəkdir.
Gecənin ikinci yarısında Minada gecələmək
Gecənin birinci yarısını Minadan xaricdə gecələyən şəxsə, Məscidul-hərama gedib, gecənin ikinci yarısını Minaya qayıtmadan orada gecələmək caizdirmi?
Ehtiyat vacib budur ki, gecənin ikinci yarısında gecələmək üçün Minaya qayıtsın.
Üstü örtülü maşınla yol getmək
Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Üstü örtülü maşınla yol getmək
Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Gecə üstü örtülü maşına minmək
Gecə vaxtı üstü örtülü olan maşına minmək həccə və ya ümrəyə zərər yetirirmi, kəffarəsi varmı?
Həcc və ümrəni batil etmir və əgər adi gecələr olsa kəffarəsi də yoxdur. Amma soyuq və yağışlı gecələrdə kəffarəsi var.
Yol qəzasında iki tərəfin təqsirli olduğu halda diyənin bölünməsi
Gecə vaxtı avtomobil ilə motosikletin toqquşması nəticəsində baş verən qəza hadisəsində motosiklet sürücüsü dünyasını dəyişir. Yol polisi hər iki tərəfin hadisədə 50 faiz təqsirli olduğunu təsdiqləyir. Çünki, motosikletin işığı olmamış və sürücü yol hərəkəti qaydalarına riayət etmədən, ehtiyatsızlıqla sürücülük etmişdir. Avtomobil sürücüsü də qabağa diqqətlə baxmamaqda və sürətinin yuxarı olmasında təqsirləndirilir. Fərz edək ki, o iki nəfərdən birinin təqsiri digərindən çoxdur, həmçinin hadisədə tərəflərin hər ikisinin təqsirli olduğuna görə onların hansı birinin qəza hadisəsinin gerçək amili olmasını təyin etmək mümkün deyil. Belə olduqda hökm necə olmalıdır?
Onların hər ikisi bərabər şəkildə ölüm hadisəsinin amilidirlərsə, diyə bölünməlidir. İkinci surətdə ehtiyat budur ki, hər birinə mütənasib olaraq diyə hesablansın.
Qatar və gəmidə qiblənin dəyişməsi
Gəmi və qatar hərəkət edərkən onrarın içində namaz qılan şəxslər qiblədən dönsələr vəzifələri nədir?
Dərhal üzlərini qibləyə tərəf döndərməlidirlər.