İnsanın təvafda sünnətsiz olması
İnsanın sünnət olunması təvafda şərtdir. Buna əsasən, əgər bir şəxs naqis şəkildə sünnət edilmişdirsə, yəni alətinin başı tamamilə deyil, az hissəsi (dəridən) çıxmışdır və nuuz halında (fəal, təhrik olan zaman) kamil şəkildə çıxır. Bu şəxs sünnət olunmuş sayılırmı və təvafı səhih olacaqmı? Əgər sünnət olunmuş sayılmırsa, təvaf üçün o şəxsə ikinci dəfə sünnət etmək lazımdırsa və o isə yaşının çox olduğuna görə sünnət etməyə xəcalət çəkirsə, təvafla əlaqədar vəzifəsi nədir?
Ehtiyat vacib budur ki, təvafı və onun namazını, habelə səyi də sünnət edəndən sonra yenidən yerinə yetirsin. Belə məsələlərdə utanmağın mənası yoxdur. O, gizli şəkildə həkimə müraciət və sünnət etdirə bilər. Lakin bu halda talaq verməyin eybi yoxdur.