مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Seyyidüş-şühədanın (əleyhis-səlam) əzadarlığı üçün vəqf olunan torpaq sahəsində məscid inşası

Seyyidüş-şühəda İmam Hüseynin (əleyhis-səlam) əzadarlığına vəqf olunan yerdə məscid tikmək olarmı?

Əgər mümkündürsə mütəvəllidən, mütəvəlli olmayan halda isə şəri hakimdən həmin yeri məscidin inşası üçün icarəyə götürsünlər. Məhəllənin inanılmış və nüfuzlu adamlarından bir qrupu bu sənədi imzalasınlar ki, unudulmasın. Hər il icarə haqqını Seyyidüş-şühədanın (əleyhis-səlam) əzadarlıq məclislərinə sərf etsinlər. İcarə müddəti də müəyyən və məhdud olsun ki, bu müddət bitəndən sonra yenidən icarə etsinlər.

دسته‌ها: Vəqfin hökmləri

Vəqf edilən əkin sahəsinin satılması

Vəqf olunmuş əkin sahəsini hansı hallarda satmaq caizdir?

Vəqf olunmuş şeyin eynini (özünü) satmaq caiz deyil. Əgər əkinçilik üçün yararsız olsa və tikinti üçün istifadəyə yararlı olsa, onu tikinti üçün icarə vermək olar. Ondan heç bir şəkildə istifadə etmək mümkün olmasa, onu satıb əhsənə (daha yaxşı məqsədə) çevirməkdən başqa çıxış yolu qalmasa, bu hal istisnadır.

دسته‌ها: Vəqfin hökmləri

Vəqf və mülkiyyət ünvanları arasında fərq

Məscidə verilən əşya və avadanlıqların bəzən vəqf ünvanı ilə, bəzən də mülkiyyətə keçirmək ünvanı ilə verilməsi mümkündür. Bu iki ünvanın şəri hökmləri müxtəlifdirmi?

Bəli, müxtəlifdir. Mülkiyyətə keçirilən hallarda iş daha asandır və məscidin məsləhətinə əsasən onları dəyişmək mümkündür. Amma vəqf istifadəyə yararsız hala düşməyincə onu dəyişmək caiz deyil.

دسته‌ها: Vəqfin hökmləri

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar

Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?

Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی