Bir şəhərdə uzun müddət qalmaq
Bir şəhərdə uzun müddət qalan insanın namazının hökmü nədir?
Uzun müddət bir məkanda qalarsa, onun üçün vətən hökmündə olacaqdır.
Gözbağlayıcılığı özünə peşə seçmək
Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Ərin talaqdan öncə cinsi yaxınlıq iddiası
Xül’i talaq baş vermişdir, lakin ər iddia edir ki, talaqdan öncə arvadımla yaxınlıq etmişəm, talaq verilən zaman da orada iki adil şahid olmamış, yalnız zahiri baxımdan səlahiyyətli olan mömin insanların şahidliyi ilə talaq oxunmuşdur. Belə bir talaq səhihdirmi?
Sözü gedən talağın hər bir halda səhihliyinə hökm olunur. Ona görə ki, sualda fərz olunanlara əsasən ərin talaqdan öncə yaxınlıq iddiası məqbul deyil. Onun öz etirafına görə şahidlər zahiri baxımdan adil olmuşlar. Biz batinlərə əsasən əməl etməyə vəzifəli deyilik. Buna görə də bu talağın heç bir eybi yoxdur. Yalnız bir halda eybi ola bilər ki, o, öz iddiasını şəri dəlillərlə sübuta yetirmiş olsun.
Mütəvəllisi vəfat etmiş vəqf əmlakları
Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?
1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.
Hüzuri-qəlb olmadığına görə namazı yenidən qılmaq
İnsan namazında hüzuri-qəlb və diqqətli olmadığına görə onu yenidən qıla bilərmi?
Əgər namazında zahirən bir nöqsan olmasa, yenidən qılmasın, təqibatla (çatmamazlıqlarını) bərpa etsin.
Ərin nəzərində şahidlərin adil olması
Talaqda iki şahid zövcün (oğlanın) nəzərində adil olsalar, kifayətdirmi?
Bəli, bu iki şahid, oğlanın nəzərində adil olsalar, əleyhinə yəqin əldə olunmayıncaya qədər kifayətdir.
Zinaya məcbur etmək
Bir şəxs bir qadınla bir kişini zinaya məcbur etsə, onun (məcbur edənin) hökmü nədir?
Ağır şəkildə təzir olunmalıdır.
İmam səhmi üçün xüsusi məsrəf yerinin təyini
a) Əgər bir kəs müstəhəq olan birinə İmam (əleyhis-salam) səhmi adı ilə bir miqdar pul versə ki, müəyyən bir şey alsın, lakin o şəxs bu pulu qiymətcə ucuz olan daha lazımlı şeyləri almağa sərf etsə, bu iş caizdirmi?b) Bir şəxs xəcalət və utancaqlıq üzündən başqasının adına İmam (əleyhis-salam) səhmi alıb onu özü xərcləsə, hökmü nədir?
a) İmam (əleyhis-salam) səhmində hər vaxt mal sahibi xüsusi yerdə sərf olunmasını özü təyin etsə, ona tabe olmaq lazım deyil. Lakin şəri hakim bunu təyin etsə, ehtiyat ona riayət etməkdir. b) Zeydin adına alıb Əmr üçün sərf etsə, işkalı var. Amma ümumi adla alıb, onun hər hansı bir nümunəsinə sərf edərsə, maneəsi yoxdur.
On ikisinə keçən gecə rəmyi-cəmərat
Qoca və üzrü olan adamlar (Zil-həccənin) on ikisinə keçən gecə, gecə yarısından sonra Minadan Cəmarata gətirilir və sabahın əməllərini yerinə yetirirlər. Sonra onları Məkkəyə aparırlar və həmin gecədə sonrakı əməlləri yerinə yetirirlər. Üzrü olmayan şəxslər də rəmyi-cəmərat əməllərindən başqa belə etmişlər ki, onu (rəmyi-cəmərat əməllərini) yerinə yetirmək üçün sabahı gün qayıtmışlar. Onların əməlləri düzdürmü?
Məkkə əməllərini (iki təvaf və səy əməli) yerinə yetirmək, üzrü olmayan şəxslər üçün on ikisinə keçən gecə, hətta on birinə keçən gecə, gecə yarısından sonra da caizdir.
İdxal olunan ət məhsulları
Qeyri-müsəlman ölkələrdən idxal olunan ətlərin hökmü nədir?
Əgər müsəlman bazarından və müsəlmanın əlindən alınarsa və alıcının (bu barədə) araşdırma apardığını ehtimal verirsinizsə, pak və halaldır.