Qızın vəlisi ilə əlaqə yaratmağın qeyri-mümkün olması və ya onun qeyri-məntiqi şəkildə razılıq verməməyi
Əgər qız və oğlan müvəqqəti əqd oxumaqla bir-biri ilə (cinsi rabitə və duxul olmamaq şərti ilə) iş və təhsildə adi rabitədə olmaq istəyirlərsə, xahiş edirik ki, aşağıda fərz olunan iki halda qızın atasının icazəsinin hökmünü bəyan edin: 1) Qızın vəlisi (başçısı, qəyyumu) ilə əlaqə yaratmaq mümkün deyil və şəri baxımdan münasibətin tənzimlənməsi zəruri və təcilidir.2) Əlaqə yaratmaq mümkün olsa da qızın vəlisi qeyri-məntiqi formada bu işin əleyhinə çıxır və əsla razılıq vermir.
Hər bir halda ehtiyat vacib qızın vəlisindən icazə almaqdır. Əlavə olaraq, təcrübə göstərir ki, bu münasibətlər - xüsusilə cavanlarda, adətən məhdud və müəyyən bir həddə sabit qalmır və tədricən genişlənərək çoxlu problemlərin yaranmasına səbəb olur.