Təvaf zamanı aylıq adət olmaq ehtimalı
Nəzərə alsaq ki, qadın təvafı ön plana çəkə bilər, bunda təvafın heyz günlərinə düşəcəyinə şəkki olması kifayətdirmi, yoxsa heyz olacağına güclü ehtimal verməlidir?
Sadəcə aqilanə ehtimaldan irəli gələn qorxu (nigarançılıq) kifayətdir.
Nəcisliyin sikkə və pul vasitəsilə keçməsinin hökmü
Nəcisliyin sikkə və pul vasitəsilə keçməsinin hökmü
Nə qədər ki, nəcasətə yəqin əldə olunmayıb, paklığına hökm olunur.
Nəcis xəmirin paklanması
Nəcis olmuş xəmiri necə paklamaq olar?
Zahirən bunun diqqətə layiq bir yolu yoxdur.
Məscidin zahirinin pak edilməsi
Nəcis olmuş materiallardan tikilmiş məscidin zahirini suya çəkmək kifayətdirmi?
Kifayətdir və möminlərin ürəyinə vasvasılıq (şəkk-şübhə) salmayın.
Nəcis olması şübhəli olan libasla namaz
Nəcis olmasında şəkkimiz olan paltarda namaz qılmağın hökmü nədir?
Nə qədər ki, nəcis olmasına yəqin əldə etməmişsiniz, onunla namaz qıla bilərsiniz.
Nəcasətə yəqin
Nəcasət məsələsində yəqin lazımdır, yoxsa zənn və güman da kifayətdir?
Nəcasət məsələsində qəti və yüz faizlik yəqin lazımdır. (Bir şeyin nəcis olmasına dair) belə yəqin hasil olmayınca, heç bir vəzifəniz yoxdur. Əgər yüz faizli yəqin hasil olsa, ictinab (çəkinmək) lazımdır. Yalnız iztirar (məcburiyyət və çıxılmaz) halları bu hökmdən istisnadır.
Vacib qüsllərlə namaz qılmaq
Nə üçün cənabət qüslü ilə dəstəmazsız namaz qılmaq olar, lakin digər qüsllərlə namaz qılmaq üçün dəstəmaz alınmalıdır?
Vacib və ya müstəhəb olması qəti şəkildə məlum olan qüsllərin hamısı ilə məsələn, cümə qüslü ilə, namaz qılmaq olar. Lakin rəca niyyəti ilə alınan müstəhəb qüsllər dəstəmazı əvəz etmir.
İki namazı dalbadal (fasilə olmadan) qılmaq
Nə üçün şiələr zöhrlə əsr, habelə məğriblə işa namazlarını bir yerdə qılırlar, amma digər müsəlmanlar bu namazları ayrı şəkildə - beş vaxtda qılır?
Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.

Məscidlə hüseyniyyə arasındakı fərq
Nə üçün Hüseyniyyənin tədbirlərini məsciddə və məscidin tədbirlərini Hüseyniyyədə həyata keçirmək olmaz? Əgər bu iş caiz olarsa, torpaq sahəsi və tikinti xərclərində yol verilən israfların (artıq xərclərin) qarşısını almaq üçün bunlardan (hər ikisinin deyil, yalnız) birinin olması məqsədə uyğundur.
Məscidin qadınlar üçün, bəzən də kişilər üçün müəyyən məhdudiyyətləri vardır. Hüseyniyyədə isə (məscidlə müqayisədə) daha çox azadlıq var. Əlbəttə, məsciddə qılınan namazın savabı ilə Hüseyniyyədə qılınan namazın savabı arasında böyük fərq mövcuddur. Bu da iki növ binanın təsis olunmasına səbəb olmuşdur.