مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Mehriyyənin tələb olunan zaman və ya imkan daxilində ödənilməsi

Kişi və qadın, yaxud onların başçı və böyükləri aralarına müqavilə qoyur və mehriyəni təyin edirlər. Sonra mehriyədən iki yüz min tümənini nağd olaraq verilir. Yerdə qalanı isə kişinin öhdəsində qalır və ürf (camaat) tərəfindən belə başa düşülür ki, toy mərasimindən sonra zövcə bunu tələb edə bilər, əri də imkan daxilində ödəməlidir. Necə ki, keçmiş alimlərdə nikahnamələrdə belə qeyd edirdilər: فلها المطالبه بشرط التمکین و له الاداء عند القدره و الامکانLakin indiki zamanda rəsmi nikah dəftərxanaları sözü gedən meyarı nəzərdə tutmadan, yazırlar ki, kişi, mehriyə tələb olunan zaman onu ödəməlidir. Buna əsasən, onların arasında ixtilaf yarananda qadın deyir ki, əri mehriyəni nağd ödəməyincə, təslim olmayacaqdır, üstəlik onun nəfəqəsini də verməlidir. Qadının buna haqqı varmı?

“Mehriyə tələb olunan zaman ödəməlidir”, – deyə şərt olunarsa, qadının mehriyəni tələb etməyə haqqı var. Əgər təslim olmamaqda mehriyənin verilməməyinə istinad olunarsa, nəfəqə də almağa haqqı var. Əgər “ərin imkan daxilində ödəyəcəyi” şərt edilsə və ya ürf və adət baxımından bunu sübut edən dəlillər mövcud olsa, ərin imkanı olmadığı təqdirdə qadının bunu tələb etməyə haqq yoxdur. Belə olan halda təslim olmasa, nəfəqə almağa haqqı yoxdur.

دسته‌ها: Mehriyyə

Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın

Bir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?

Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir. - Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.

دسته‌ها: Mehriyyə

Həyat yoldaşının müstəhəb əməlləri yerinə yetirməyi qadağan etməsi

Əgər qadın yerinə yetirdiyi müstəhəb əməllərin çoxluğundan həddən artıq yorularsa və nəticədə əri ondan lazımi ləzzətləri ala bilməsə, ərinin onu belə müstəhəb əməllərdən çəkindirməyə haqqı varmı? Belə məqamlarda ərə tabe olmaq vacibdirmi?

Kişinin onu çəkindirməyə haqqı yoxdur. Amma cinsi ləzzətlər tamamilə aradan gedərsə, bu halda ərin hüquqlarına maneə törətdiyinə görə, qadın onun icazəsi olmadan nəsə bir müstəhəb əməllə məşğul olmağa haqqı yoxdur.

دسته‌ها: Mehriyyə

Mehriyyəni ödəmək üçün yaşayış mənzilinin satılması

Bir şəxs öz həyat yoldaşının mehriyyəsi üçün 4 milyon tümən borcludur. Onun Məşhədin ən yaxşı yerində şəxsi mənzili var ki, hal-hazırda 30 milyon tümənə müştərisi var. Bu mənzil borcun müstəsna hallarından biridirmi?

Sözü gedən borc hal-hazırda tələb olunursa, mənzil də öz şənindən – ad-sanından artıqdırsa, mənzili öz ad-sanına layiq bir mənzillə dəyişməli və aralarındakı fərqi borcunu ödəmək üçün sərf etməlidir.

دسته‌ها: Mehriyyə

Bəkarətin olmadığı təqdirdə mehriyyənin miqdarı

Əgər kürəkən bəkarətin olmamağı üzündən nikahı fəsx etsə, mehriyyədən nə qədərini ödəməlidir? Bu işdə tədlis olarsa, onu kimdən almağa haqqı var?

Bakirəlik və ya hər bir kamal və qüsursuzluq şərt olunduğu halda – istər əqddə qeyd olunmuş olsun, istərsə də əqddən öncə – əgər bunun əksi sübuta yetərsə, fəsx hüququ vardır. Əgər duxul (yaxınlıq) baş verməyibsə, mehriyyə bütövlükdə götürülür və əgər baş veribsə mehrul-müsəmma (yəni onun kimi eyibsiz qadının adi mehriyyəsi) ödənilir, sonra tədlis edən şəxsdən alır.

دسته‌ها: Mehriyyə
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی