Vələdüzzinanı uşaq evinə tapşırmaq
Zinadan doğulmüş uşaq zinakar qadına (anasına) verilərsə, fəsadla nəticələnə və o kənddə bir sıra mömin insanın adına ləkə gətirə bilər. Amma müqəddəs şəriət və ya dövlət qanunu bu uşağı, uşaq evinə təhvil versə, həm fəsad azalmış olar, həm də bir neçə möminin abrı qorunar. Bu məqamda vəzifə nədir?
Belə hallarda şəriət hakimi qərar çıxarmalı və fəsad yaranarsa, onun qarşısını almalıdır.
Qeyri-qanuni övlada baxmaq haqqı
Zinadan doğulmuş uşaq zinakar kişiyə verilməlidir, yoxsa zinakar qadına?
Saxlamaq və ona baxmaq nöqteyi-nəzərindən halalzadə uşaq kimidir.
Zinakar kişini zinakar qadın ilə evlənməyə məcbur etmək
Zina edən qadınla kişinin bir-biri ilə evlənəcəkləri təqdirdə onların yaşadığı məntəqədə daha az fəsad yaranacaqsa və onlar islah olacaqlarsa, bu iki şəxsi evlənməyə məcbur etmək olarmı?
Heç bir kəsi evlənməyə məcbur etmək olmaz. Lakin onlara öyüd-nəsihət verib, tövsiyə edib yol göstərməyin maneəsi yoxdur. Habelə qazının əfv edə biləcəyi və onların cəzalanmasından güzəştə gedə biləcəyi məqamlarda onların bağışlanması müqabilində evlənmələrini şərt etməyə haqqı var.
Gəlin karvanları
Küçələrdə gəlini siqnal vurmaqla və əl çalmaqla müşayiət edən gəlin karvan maşınlarının hökmü nədir?
Bu işlər din əhlinə layiq olan işlərdən deyil.
Valideyn üçün xidmətçi tutmaq
Atanın qayğısına qalmaq – ehtiyac halında – onun övladlarına vacibdirmi?
Ehtiyat vacib budur ki, onun qayğısına qalmaq, qulluq etmək üçün lazım olan pulu ödəsinlər və ya şəxsən onun qayğısına qalsınlar.
Oğlan övladı olmayan valideyni saxlamaq
Oğlu olmayan ata-anaya baxmaq və onların qayğılarına qalmaq onların qızlarının öhdəsindədirmi?
Bəli, gücləri, imkanları çatan qədər qızların öhdəsindədir.
Kişinin öz arvadının hicabına laqeydliyi
Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
Kişinin öz arvadının hicabına laqeydliyi
Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
Hicaba riayət etmədiyinə görə kötəkləmək
Bir kişiyə məhrəm olan qadınlardan biri şəri hicaba laqeydlik göstərirsə, onu qane etmək üçün müxtəlif metodlardan istifadə edərsə və heç bir müsbət nəticə əldə etməzsə, kişinin bu işə görə onu vurmağa haqqı varmı?
Şəriət hakiminin icazəsi olmadan “əmr be məruf və nəhy əz münkər” adı ilə vurmaq caiz deyil.