Qızın atası və ya (ata tərəfdən olan) babasının qaib olması
Alimlərin fətvalarına əsasən ata və ya (ata tərəfdən olan) babasının olmadığı surətdə bakirə qızın ərə getməyə ehtiyacı olarsa, icazə qüvvədən düşür. Burada “ərə ehtiyacı olmaq”, nə deməkdir?
Mənası budur ki, elə bir yaş həddinə çatmışdır ki, ərə getməzsə, zəhmətlə və ya xətərlə üzləşəcəkdir.