Haqqı almaq üçün xərclənən vəsaitin alınması
İnsan öz haqqını almaq üçün xərclədiyi vəsaiti qasibdən ala bilərmi?
Böyük məbləğdə vəsait xərcləməyibsə, ehtiyat budur ki, almasın.
Qəsb müddəti üçün kirayə haqqı ödəmək
Qasibin, qəsb etdiyi maldan əl çəkməkdən (onu sahibinə qaytarmaqdan) əlavə mal sahibi qarşısında hansısa bir vəzifəsi vardırmı?
Qasib qəsb müddəti ərzində onun icarə pulunu da mütəxəssislərin müəyyən etdiklərinə uyğun olaraq ödəməlidir.
Atanın qəsbi əmlakından istifadə
Bir şəxs atasının bir daşınmaz əmlakı qəsb etdiyini bilirsə, ondan istifadə edə bilərmi?
İstifadə edə bilməz. Onun sahibini tanıyırsa ona qaytarmalıdır. Tanımadığı təqdirdə isə bu əmlak məchulul-malik (sahibi naməlum olan) hökmündədir.
Müharibədə itkin düşmüş insanların arvadlarının vəzifələri
Uzun illərdir ki, İran-İraq müharibəsində itkin düşənlərin arvadları onlar barəsində heç bir məlumat əldə edə bilməmişlər. Onlar hansı surətdə evlənə bilərlər?
Ərlərinin vəfat etdiklərinə yəqin əldə etsələr, evlənmək caizdir. Qeyri halda bu şəkildə yaşamaq onlar üçün ağır məşəqqətə səbəb olursa, şəriət hakimi onların talaqlarını verə bilər. Məşəqqətin olmadığı təqdirdə isə şəriət hakiminin göstərişi ilə dörd il müddətində onlar barəsində tədqiqat aparılmalıdır. Müsbət nəticə verməsə və əsər-əlamət tapılmasa, şəriət hakimi onların talağını oxuyacaqdır.
Talaq şübhəli olan hallarda nəfəqə
Bir şəxs öz arvadına ixtiyar verib ki, onun tərəfindən bir nəfəri talaq üçün vəkil tutsun. Müəyyən vaxt keçsə də, qadın onu talağın oxunub oxunmadığından xəbərdar etməyib. Bu müddətdə nəfəqə vermək ərə vacibdirmi? Ər bu qadını öz arvadı olaraq qəbul edə bilərmi?
Nə qədər ki, talağın oxunması şəklidir, qadın onun arvadı hökmündədir.

Ziharın kəffarəsin
Mən 24 il olar ki, öz arvadımla bir yerdə yaşayıram və altı uşaq sahibiyik. Bu illərdə daim qayınatam, qayınanam və qaynım işlərimə birbaşa müdaxilə ediblər. Çox acı həyat keçirmişəm. Belə ki, bir müddət öncə artıq bıçaq sümüyə dirəndi və arvadımdan ayrılmaq qərarına gəldim. Öz qərarımda ciddi olduğuma görə bir neçə dəfə (amma Fars dilində) dedim: “Arvadım mənim üçün bacım və anam kimi olsun!” Hal-hazırda arvadım öz keçmişindən peşman olmuş və söz vermişdir ki, bir daha əvvəlki kimi öz qohumlarının təhrikli sözlərinə qulaq asmayacaq. Mən də istəyirəm ki, onun üçün (sözündə sadiq olmasını bilmək üçün) yeni bir fürsət yaradım və onunla yaşayım. Yuxarıda söylədiklərimə əsasən onunla bir ər-arvad kimi yaşaya bilərəmmi?
Əgər bu sözü iki şahidin olduğu bir yerdə demişsinizsə, o qadın da adət (heyz) halında olmamışdırsa, pak olandan sonra onunla yaxınlıq etməmişsinizsə, kəffarə verməlisiniz. Onun kəffarəsi iki ay oruc tutmaqdır ki, onun otuz bir günü ardıcıl şəkildə (arada fasilə olmadan) olmalıdır. Oruc tutmağa gücünüz çatmasa, 60 miskinə yemək verməlisiniz. Amma iki adil şahidin şahidliyi ilə olmamışdırsa, heç bir kəffarəsi də yoxdur və bu söz təsirsizdir. Qeyd etmək lazımdır ki, kəffarə lazım olan surətdə kəffarə verməyənə qədər (qadın sizə) halal olmayacaqdır.
Daimi nikahı müvəqqəti nikaha çevirmək
Daimi evliliyi müvəqqəti evliliyə çevirmək üçün talaq verib müvəqqəti əqd oxumaqdan başqa bir yol da varmı? Əgər yoxdursa, iddə saxlamaq lazımdır, yoxsa keçmiş əri iddə zamanı arvadı mütə edə bilər?
Bunun yolu yalnız talaqdır. İddə zamanı onunla evlənə bilər, bu şərtlə ki, talaq rici olmasın. Əgər talaq ricidirsə, iddə tamam olandan sonra onu öz müvəqqəti əqdinə keçirə bilər.

Nəfəqədən boyun qaçırılan hallarda talaq
Əgər ər heç bir üzrlü səbəb olmadan nəfəqə verməkdən boyun qaçırarsa, qadının talaq alması caizdirmi?
Şəriət hakimi ərin əmlakından nəfəqəni ödəməlidir. Əgər bu iş mümkün olmasa, talaq verməyi onun qarşısında vəzifə qoymalıdır. Talaq vermədiyi təqdirdə özü şəxsən ona talaq verəcəkdir.