İrs bölgüsündə varislərin razılaşması
Varislər öz aralarında razılığa gəlsələr, irs səhmlərinə müvafiq olmayan formada əməl edə bilərlərmi?
Hamının razılığı ilə – aralarında azyaşlı uşağın olmamağı şərtilə – maneəsi yoxdur.
Hamının razılığı ilə – aralarında azyaşlı uşağın olmamağı şərtilə – maneəsi yoxdur.
Mərhumun yalnız azyaşlı olmayan varisləri öz paylarından onun üçün əcir tuta bilər.
Belə hallarda qan sahibi İmam və şəri hakimdir.
Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.
Ehtiyat vacib budur ki, həcdən dərhal sonra yerinə yetirsin. Əgər təxirə salmağa məcbur olsa, Zih-həccə ayı başa çatmamış, yerinə yetirsin.
Qadının öz qəsd və niyyətinə bağlıdır. Belə ki, ərini qaytaracağına ümidi varsa, imtina etmək sayılmır. Əgər ümidi olmasa, məcburi imtina sayılır.
Vəsiyyət yazmaq müstəhəb əməldir. Yalnız bu halda vacibdir ki, Allah haqqından və ya camaatın haqlarından vacib bir şey onun öhdəsində olmuş olsun və vəsiyyət yazmadığı təqdirdə haqqın aradan gedəcəyi qorxusu olsun.
Ehtiyat vacib budur ki, onlarla vəqf kimi rəftar edək.
Qəti qaydalara və məşhur - الوقوف على حسب ما یوقفها اهلها – hədisinə əsasən vəqf olun şeydən əldə olunan gəliri vəqfnamədə qeyd olunanlara əsasən sərf etmək lazımdır. Yalnız bir və ya bir neçəsinə əməl etmək mümkün olmayan bəndləri istisna etmək olar, məsələn, mis qab-qacaq indiki əsrdə digər qab-qacaqla əvəz olunacaqdır.
Vəqf olunmuş şeyin eynini (özünü) satmaq caiz deyil. Əgər əkinçilik üçün yararsız olsa və tikinti üçün istifadəyə yararlı olsa, onu tikinti üçün icarə vermək olar. Ondan heç bir şəkildə istifadə etmək mümkün olmasa, onu satıb əhsənə (daha yaxşı məqsədə) çevirməkdən başqa çıxış yolu qalmasa, bu hal istisnadır.
Oxşarının alınmasına ehtiyac varsa, ön plana keçirilməlidir.
Əgər şahidlər vəqf barəsində şəhadət versələr və ya vəqf olması məntəqədə məşhur olsa, vəqf hökmü onun barəsində qüvvədədir. Vəqf edərkən Ərəb dilində siğə oxumaq vacib deyil və hər hansı bir dildə caizdir. Hətta əgər siğə oxumasa, vəqf olunan kimsələrə təhvil versə, yenə də kifayətdir. Düşüncəsində (ağlında) problemin olması iddiası dəlil-sübutsuz və şahidsiz qəbul olunmur.