Ümumi yerlərdə siqaret çəkmək
Məclisdə siqaret çəkmək orada iştirak edən digər insanların narazılığına və narahatçılığına səbəb olarsa və ya bu işin onların səhhətinə zərəri olarsa, caizdirmi? Belə ki, bəzi tibbi cəmiyyətlərin verdiyi məlumata görə siqaretin ziyanı onun tüstüsü ilə dolmuş yerdə olan adam üçün siqaret çəkən adamdan üç dəfə çoxdur. Buna görə də ticarət mərkəzlərinin və dövlət idarələrinin çoxunda siqaret çəkməyi qadağan etmişlər. Belə bir şəraitdə “siqaret çəkmək qadağandır” elanına qarşı çıxmaq caizdir, yoxsa mütləq ona əməl olunmalıdır?
Başqalarına əziyyət vermək caiz deyil və başqalarına zərər dəyməsinə səbəb olan hallarda da siqaret çəkmək caiz deyil. Siqaret çəkməyi qadağan edən dövlət idarələrində və ya xüsusi idarələrdə, hətta heç kəsin əzab-əziyyətinə və narahatçılığına səbəb olmasa belə, bu iş haramdır.