Tibbi və texniki spirtin şəri hökmü
Kimya fakültəsində təhsil alan bir qrup tələbənin söylədiklərinə görə tibbi və texniki spirti təşkil edən maddələr eynidir. Yalnız texniki spirti içmək mümkün olmasın deyə, ona rəngli maddə əlavə edirlər. Bu fərz əsasında bu iki növ spirtin hökmlərini bəyan edin.
Texniki-tibbi spirt pakdır. Çünki rəngli maddəni nəzərə almasaq belə, onu içmək mümkün deyil və bir növ zəhər sayılır. Buna görə də "maye olan məst edicinin" dəlillərini ona aid etmək olmaz.