Vəqf olunmuş kəhrizin yaxınlığında qazılmış quyu
Kəndin on illərlə istifadə olunan və inşa tarixi məlum olan yeraltı su kanalının (kəhriz) 700 metrliyində su quyusu qazılmışdır. Bu kəhrizin bir hissəsi İmam Hüseynə (ə) vəqf olunmuşdur. Şahid və sübutlara əsasən sözü gedən quyunun qazılması bu kəhrizin su mənbəyinin qurumasına və ya suyunun azalmasına səbəb olmuşdur. Sual budur ki, bu kəhrizin sahiblərinin və vəqfin nəzarətçilərinin yuxarıda sözü gedən quyunun suyundan istifadə etməyə mane olmağa haqları vardırmı? Bu quyunun suyundan namaz və qüsl üçün istifadə etməyin hökmü nədir?
Kəhrizə ziyan gətirəcəyi təqdirdə ehtiyat vacib budur ki, o dərin quyu qazılmasın. Əgər qazılmışdırsa və kəhriz sahibləri ziyan görmüşlərsə, müsalihə (razılaşma) etməlidirlər. Əks təqdirdə o su ilə qüsl və dəstəmaz almağın işkalı var.